Azərbaycan-Türkiyə birgə hərbi təlimlərində istifadə olunacaq silah, hərbi və xüsusi texnika... - VİDEO

img

24-04-2019 [11:32]


Mayın 1-dən 3-dək Azərbaycanda keçiriləcək "Mustafa Kamal Atatürk-2019” Azərbaycan-Türkiyə birgə taktiki təlimlərində istifadə olunacaq silah, hərbi və xüsusi texnika nümunələrinə baxış olub.

Azərbaycan Müdafiə Nazirliyindən Mia.az-a verilən məlumata görə, təcrübəli mütəxəssislər tərəfindən şəxsi heyətə hərbi texnikaların istismarı, tətbiqi, döyüş və digər imkanları barədə məlumatlar çatdırılıb.

Qeyd edək ki, iki ölkə arasında imzalanmış hərbi əməkdaşlıq haqqında Sazişə əsasən keçirilən birgə təlimlərdə iki ölkə ordularının şəxsi heyəti, zirehli texnikası, artilleriya qurğuları və minaatanları, Hərbi Hava Qüvvələrinin döyüş və nəqliyyat helikopterləri, həmçinin hava hücumundan müdafiə və zenit-raket bölmələri iştirak edəcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA