23-04-2019 [00:31]
Qoç - Maliyyə məsələlərinin həlli üçün yaxşı vaxt deyil. Yeni işə və ya layihəyə başlamayın. Aldığınız təkliflər ilk baxışdan cazibədar və şirnikləndirici təsir bağışlasa da, əslində zərərlidir. Risklərə aldanmayın. İntuisiyanıza güvənin.
Günün ikinci yarısında şəxsi münasibətlərdə inciklik, qalmaqal, müzakirələr istisna deyil. Köhnə əlaqələrdən birini qırmağa tələsməyin. Məntiqli olun, status-kvonu qoruyun.
Buğa - İrəliyə doğru sürətlə irəliləmək istəyirsinizsə, yaşamın intensiv ritminə uyğunlaşın. Astagəllik, süstlük, ətalət imkanlarınızı əhəmiyyətli dərəcədə azaldacaq.
Günün ikinci yarısında rəqibləri üstələyn. Sizə meydan oxuyan insanı geridə qoyun. Nəqliyyatda sayıq olun. Axşam saatlarına yaxın iş qrafiki gərginləşəcək. Bəzi rutin işləri "çaparaq" görmək gərəkdir.
Alış-verişdə bədxərclik etməyin. Maraqlarınızı kimsəyə güzəştə getməyin.
Əkizlər - Məhsuldar, sərfəli, hadisələrlə zəngin zamandır. Hadisələrin episentrində olun. Fəaliyyətiniz üçün zəruri məlumatı əldə etmək üçün sınanmış, etibarlı vasitələrdən istifadə edin. Yeni istiqamətdə ilk addımlar pis alınmayacaq.
Günün ikinci yarısında sərvaxt və ehtiyatlı olsanız, ən çətin işin öhdəsindən gələcəksiniz. Tərəfdaşınızın işlərinə kəskin müdaxilə etməyin. Sərt və aqressiv olmayın. Şübhəli adamlarla əlaqələri minimuma endirin. Etibarsız layihələrə baş qoşmayın. Təhlükəli avantüraların daha yaxşı, keyfiyyətli alternativləri var.
Xərçəng - Uğur bilavasitə yeni kursa hazırlıq, zamanla ayaqlaşmaq məharətinizdən asılıdır. Dünənki günlə yaşamaq, risklərdən kənar qalmaq ilk baxışdan rahat və cazibədar təsir bağışlasa da, sonucda ciddi geriləməyinizə səbəb olacaq. Səfərlər, yeniliklər üçün yaxşı zamandır.
Günün ikinci yarısı bilik və bacarığın artırılması, fərqli təmasların şaxələndirilməsi üçün yaxşıdır. Yaxın ətrafınızdakı insanların dediklərinə qulaq asın. Təcrübə, xəbər, sifariş mübadiləsi etmək olar.
Axşam saatlarını internetdə keçirməyin.
Şir - Çox geniş layihəyə başlayaraq irrasional işlərlə məşğul olmayın. Nüfuzunuzu zərbə altına atmayın. Yaxşı zamandır. Amma bir müddət kölgədə qalsanız, heç pis olmaz. Biznesinizi kimsəyə etibar etməyin.
Günün ikinci yarısında ailə üzvlərinin tələblərini unutmayın. Fəaliyyətinizdə irəliləyişlər üçün vasitəçilərdən, muzdlu işçilərdən istifadə edin. Müraciət etdiyiniz insanların fırıldaqçılar, təsadüfi adamlar olmamasına fikir verin.
Əks təqdirdə bütün işlərdə durğunluq, hətta təhlükəli vəziyyət yaranacaq.
Axşam saatlarını ailə üzvləri ilə keçirin.
Qız - Yeni plan, metod, əlaqələr üçün münasib zamandır. İndi dumanlı, mücərrəd təsir başlayan məqsədlər tapşırıqları həll etdikcə, problemləri çözdükcə aydınlaşacaq. Yeni məqamlar əyan olacaq.
Fərqli insanlarla tanışlıq uğur vəd edə bilər. Bir şərtlə ki, çevik və sürətli olasınız.
Günün ikinci yarısında alışmadığınız vasitə ilə spontan metodlardan yararlanmaq zərurəti var. Stereotiplərdən uzaq durun. Köhnə standart və ya vərdişlərdən psixoloji asılılıq yaxşı heç nə vəd etmir.
Uğura aparan yolunuzdan sapmayın.
Tərəzi - Günün ilk yarısında imkanlarınız artacaq. Kommersiya fəaliyyəti ilə məşğulsunuzsa, yeni istiqamət seçin. Əlavə stimula zərurət duymadan inkişaf edin. Yeni tərəfdaş axtarışına çıxmaq üçün əlverişli zamandır.
Qayğıkeş insan təsiri bağışlayın.
Əqrəb - Kommunikativ imkanlarınızı artırın. Sizin vaxtınızı və öz zamanını boşuna xərcləyən insanlardan uzaq durun. Yaşamdakı situasiyalar sizə yaxşı dərs olacaq. Yeni metodları sınayın, variantları yoxlayın. Gərəkli istiqamətdə irəlilədiyini düşündüyünüz insanın hərəkətlərini müşahidə edin.
Günün ikinci yarısında təcrübəli insanın məsləhətlərinə etinasız yanaşmayın. Tənbəllik etməyin. Fikrinizi ikinci dərəcəli məsələlərə yönəltməyin.
Axşam saatlarını ünsiyyətə və söhbətə həsr etmək olar.
Oxatan - Günün ilk yarısında başladığınız işin önəminə fikir verin. Qarşınızda maraqlı yollar çoxdur. Amma onların hamısı faydalı deyil. Hətta bəzi istiqamətlər yanlış və təhlükəlidir. Vaxtınıza dəyər verin. Təmaslarda seçimi dürüst bəlirləyin.
Günün ikinci yarısında sözlərinizə fikir verin. Arqumentləriniz inandırıcı və real olmalıdır. Belə davransanız, sizi uğur gözləyir. Məsləhət almaq, tərəfdaşlıq əlaqələri və şəxsi münasibətləri inkişaf etdirmək üçün yaxşı zamandır.
Axşam saatlarında normal istirahət edin.
Oğlaq - Daşınmaz əmlak və maliyyə məsələləri ilə məşğul olmaq üçün yaxşı zamandır. Alış-verişə yollanmaq olar. Lakin bədxərclik etməyin. Pulunuzun qədrini bilin. Şayiələrə, dedi-qodulara fikir verməyin.
Söhbət zamanı hisslərinizə nəzarət edin. Müstəqil fəaliyyətə alışsanız belə, kollektiv işin faydalarını anlayın və situasiyadan bəhrələnin. Qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün zəruri addımları atın.
Axşam saatlarında aktiv olun.
Dolça - Günün ilk yarısından etibarən bütün sahələrdə aktiv fəaliyyət göstərə bilərsiniz. Yazışma, səfər, yerdəyişmələr uğurlu alınacaq. Sənədləşdirmədə aktiv olun. Gərəkli informasiyanın axtarışında və əldə olunmasında irəliləməyə çalışın.
Hisslərinizi dəqiq ifadə edin. Hesablamalarda səhvlərə yol verməyin. Seçimdə yanılmayın.
Günün ikinci yarısında romantikaya qapılaraq hisslərin əsirinə çevrilməyin. Situasiyanı nəzarətdə saxlayın.
Axşam saatlarında birmənalı olmayan situasiya formalaşacaq.
Balıqlar - Yaşananlara rəğmən bədbinliyə qapılmayın. Situasiyadakı qəfil dəyişikliklər sizi təbdən çıxarmasın. Həyatın acılı, şirinli olduğunu unutmayın. Təhsil və kommersiya ilə məşğulsunuzsa, ciddi uğur istisna deyil. Səhhətinizin qeydinə qalın. Fiziki təmrinlərə vaxt ayırın.
Günün ikinci yarısında sükan arxasında ehtiyatlı, sayıq olun. Cərimə riski var.
Yaşam ortamını qaydaya salın, prosesləri nizamlayın. Zahiri görünüşünüzə fikir verin.
Axşam saatlarında alış-veriş sizi sevindirə bilər (Milli.az).
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi