Rəsmi Ankaradan ABŞ-ın İrana qarşı yeni həmləsinə etiraz: "Bölgədə sabitliyə xidmət etməyəcək"

img

22-04-2019 [21:18]


ABŞ-ın may ayının 2-dən İrandan neft alan ölkələrə tətbiq edilən güzəştin ləğv ediləcəyini açıqlamasına rəsmi Ankaradan sərt reaksiya verilib.

Mia.az xəbər verir ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bu qərarın qəbuledilməz olduğunu deyib.

O, rəsmi "Twitter" hesabında yazıb ki, ABŞ-ın İrandan neft idxalına gətirdiyi yeni qadağa bölgədə sülh və sabitliyə xidmət etməyəcək: "Təktərəfli sanksiyaları və qonşularımızla necə əlaqə quracağımız məsələsində təzyiqləri qəbul etmirik".

Xatırladaq ki, bu gün Dövlət katibi Pompeo İrandan neft alan 8 ölkəyə edilən güzəştlərə mayın 2-dən son veriləcəyini bəyan edib: "İrandan neft alınmasında bəzi dövlətlərə tanınan güzəştlər ləğv ediləcək. Heç bir ölkəyə güzəşt olunmayacaq. Məqsəd İranın neft satışını sıfıra endirməkdir".

Xatırladaq ki, İrandan neft alan ölkələr arasında Türkiyə, Hindistan və Çin də var.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA