22-04-2019 [18:50]
Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, akademik Kamal Abdulla Amerika Birləşmiş Ştatlarının ölkəmizdə yeni təyin olunmuş səfiri Örl Litzenberqerlə görüşüb.
Universitetdən Mia.az-a verilən məlumata görə, səfiri yeni təyinatı münasibəti ilə təbrik edən rektor Azərbaycan və ABŞ arasında olan yüksək səviyyəli ikitərəfli münasibətlər haqqında danışıb.
Kamal Abdulla ümidvar olduğunu bildirib ki, Örl Litzenberqerin səyləri nəticəsində ikitərəfli əlaqələr bundan sonra da uğurla inkişaf edəcək. Azərbaycanın çoxmillətli ölkə olduğunu deyən rektor xüsusi vurğulayıb ki, multikulturalizm siyasəti ölkəmizdə uğurla həyata keçirilir.
ADU-nun rektoru ABŞ səfirinə universitetdə fəaliyyət göstərən "Səfir saatı” layihəsi haqqında məlumat verib. Ölkəmizdə fəaliyyət göstərən diplomatların "Səfir saatı” layihəsi çərçivəsində tələbələrlə görüşünü uğurlu təcrübə kimi dəyərləndirən Kamal Abdulla diplomatı mühazirə deməyə dəvət edib.
Örl Litzenberqer səmimi qəbula görə təşəkkürünü bildirib.
Azərbaycanın mədəniyyəti, azərbaycanlıların qonaqpərvərliyi haqqında yüksək fikirlər səsləndirən səfir eyni zamanda Azərbaycan Dillər Universitetinin Bakı Amerika Mərkəzinin uğurlu fəaliyyətinə də toxunub: "Azərbaycan məndə olduqca xoş təəssürat yaradıb. Azərbaycanlıların qonaqpərvərliyinə heyran olmuşam. Dillər Universiteti tanınmış ali məktəbdir və bu təhsil ocağında olmaqdan çox məmnunam. Bilirəm ki, universitetdə ingilis dilinin sirlərini yaxından öyrənən, onun tədrisi ilə məşğul olan istedadlı elmi mütəxəssislər var. Sizinlə – tanınmış elm xadimi və yazıçı ilə şəxsən tanış olmaq fürsətindən şərəf duyuram. Bu görüşümüz Azərbaycan dilini öyrənmək həvəsimi bir qədər də gücləndirdi. Sizə və kollektivinizə minnətdaram ki, Bakı Amerika Mərkəzinə qucaq açmısınız. Bu, mənim və mənim ölkəm üçün çox dəyərlidir”.
Səfir əlavə edib ki, diplomatik fəaliyyətində tələbə mübadiləsini gücləndirməyə, mübadilə proqramlarını inkişaf etdirməyə xüsusi diqqət göstərəcək: "Bu, mənim əsas məqsədlərimdən biridir. Azərbaycanın hər yerində tələbələrin ingilis dilini öyrənməsi imkanlarını artırmaq da əsas hədəflərdən biridir. İlkin müşahidəm odur ki, azərbaycanlı gənclər ingilis dilini öyrənməyə böyük maraq göstərirlər. "Səfir saatı” layihəsində mühazirə oxumağı isə böyük məmnuniyyətlə qəbul edirəm”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi