Azərbaycan məhkəməsində "Barışıq skamyası"nda tərəflər barışıb

img

22-04-2019 [15:46]


Azərbaycan məhkəməsində "Barışıq skamyası"nda tərəflər barışıb.

"Report"un xəbərinə görə, bu hadisə bu gün Bakı Apellyasiya Məhkəməsində baş verib.

Belə ki, hakim İsmayıl Xəlilovun sədrliyi ilə keçirilən mübahisəli işdə məhkəmə heyəti tərəfləri "Barışıq skamya"sında oturdub. Hər iki tərəf skamyada oturduqdan sonra barışıq sazişini imzalayıblar.

Məhkəmənin qərarı ilə icraata xitam verilib.

Qeyd edək ki, 10 iyun 2011-ci il tarixində Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zallarının yerləşdiyi korpusun qarşısında rəmzi xarakter daşıyan "Barışıq Skamyası" qoyulub. Bu skamyanın qoyulmasında məqsəd insanlar arasında münasibətləri normal vəziyyətə gətirmək üçün məhkəmədə iştirak edən tərəfləri barışdırmağa nail olmaqdır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA