Həkim: "İt dişləyən uşağın yaraları kifayət qədər dərin və böyük idi"

img

22-04-2019 [13:40]


"Üzünü it parçalayan 2015-ci il təvəllüdlü Hüseyn Məmişov 1 saylı Kliniki Tibbi Mərkəzə (KTM) sol yanaq və qulaq önü nahiyələrinin, sağ üz qapağının dişlənmiş, cırılmış yaraları diaqnozu ilə aprelin 16-da daxil olub”.

Bu barədə "Report”a açıqlamasında KTM-in həkimi Qənirə Əhmədova məlumat verib.

Onun sözlərinə görə, hazırda uşağın vəziyyəti stabil və kafidir: "Toxuma çatışmazlığı var idi, yaraları kifayət qədər dərin və böyük idi. Əməliyyat olundu və üzündə problem qalmayacaq. Müalicəsi davam edir və palataya köçürülüb. Bütün peyvəndləri vurulub, sabaha da daha bir vaksin vurulacaq. Sxem üzrə bütün müalicə üsulları tətbiq edilir. Tikişləri sökülənə qədər xəstəxanada qalacaq”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA