Kılıçdaroğluna yumruq atanlardan biri AKP üzvü çıxdı - Ərdoğanın sözçüsü təsdiqlədi

img

22-04-2019 [12:06]


Dünən Ankarada şəhid dəfnində CHP lideri Kamal Kılıçdaroğluna hücum edən qrupun başçısı hakim iqtidar partiyası AKP-nin üzvü çıxıb.

Mia.az xəbər verir ki, bu faktı AKP sədrinin sözçüsü Ömər Çelik təsdiq edib.

O deyib ki, Kılıçdaroğluna hücum edənlərin içində adı çəkilən Osman Sarıgün AKP-nin üzvüdür: "Sarıgünün partiya üzvülüyünə xitam verilməsi üçün müvafiq qurumlara qəti tapşırıq verilib".

Xatırladaq ki, Kılıçdaroğluna hücum edən 11 nəfərin şəxsiyyəti müəyyənləşdirilib. Onlardan 5-i saxlanılıb.

Osman Sargünün haqqında isə həbs qərarı çıxarılıb.

Mia.az 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA