CHP liderinə hücuma rəsmi reaksiyalar: "...imkan verməyəcəyik"

img

21-04-2019 [17:50]


Xəbər verdiyimiz kimi, bu gün Ankarada şəhid dəfni zamanı CHP lideri Kamal Kılıçdaroğluna bir qrup hücum edib.

Mia.az xəbər verir ki, hücum Türkiyədə və dünyada böyük səs-küy yaradıb.

Məsələyə münasibət bildirən Ədliyyə naziri Abdulhəmid Gül Kılıçdaroğluna edilən hücumu kəskin pisləyib.

O bildirib ki, bu mənfur hücumdur, şiddətlə qınayır: "Şəxsinə keçmiş olsun deyirəm. Şiddətin heç bir halda demokratik siyasətə kölgə düşürməsinə imkan verməyəcəyik".

Hadisəyə Ərdoğanın sözçüsü İbrahim Kalın da reaksiya verib. O, hücumu qınayıb və bildirib ki, gərəkli hüquqi addımlar atılır: "Keçmiş olsun!".

Türkiyənin Daxili işlər naziri Süleyman Soylud da bu hücumun qəbuledilməz olduğunu deyib: "Şəhid dəfnində Kılıçdaroğluna edilən hücum, əlbəttə,  qəbuledilməzdir. Hadisə ətraflı araşdırılacaq. Keçmiş olsun. Eyni zamanda, səbr və təmkin tövsiyyə edirəm".

Xatırladaq ki, Ankarada dəfn mərasimində bir qrup CHP liderinə qarşı şüar səsləndirib, daha sonra isə ona hücum ediblər. CHP lideri polisin qoruması ilə hadisə yerindən çıxarılıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA