Sabah yağış yağacaq - Hava proqnozu açıqlandı

img

21-04-2019 [13:40]


Aprelin 22-də Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində bəzi yerlərdə yağış yağacağı gözlənilir. Gün ərzində arabir güclənən şimal-qərb küləyi əsəcək.

Mia.az ETSN-ə istinadən bildirir ki, sabah havanın temperaturu gecə 4-6° isti, gündüz 7-11° isti, Bakıda gecə 4-6° isti, gündüz 8-10° isti təşkil edəcək. Atmosfer təzyiqi normadan yüksək 763 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək. Nisbi rütubət 75-85 % olacaq.

Azərbaycanın rayonlarında şimşək çaxacağı, fasilələrlə yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq, həmçinin arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturu gecə 2-7° isti, gündüz 8-13° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 0-5° isti təşkil edəcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA