21-04-2019 [11:47]
Nazirlər Kabineti "Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 4.1-2-ci maddəsinə uyğun olaraq, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən göstərilən xidmətlərə (hüquqi hərəkətlərə) görə "Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən ödənilən dövlət rüsumlarından toplanan və həmin orqanın hesabına köçürülən vəsaitdən istifadə Qaydası”nı təsdiq edib.
MİA.az xəbər verir ki, bu Qayda Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən göstərilən xidmətlərə (hüquqi hərəkətlərə) görə ödənilən dövlət rüsumlarından Agentliyin xəzinə hesabına köçürülən vəsaitdən Agentliyin işçilərinin sosial müdafiəsini gücləndirmək və maddi təminatını yaxşılaşdırmaq məqsədilə istifadə qaydasını müəyyən edir.
Agentliyin göstərdiyi xidmətlərə (hüquqi hərəkətlərə) görə ödənilən dövlət rüsumlarının 50 faizi aşağıdakı kimi bölüşdürülür:
- 5 faiz Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsində və Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidmətində işləyən dövlət qulluqçularının sosial müdafiəsini gücləndirmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının hesabına köçürülür;
- 45 faiz Agentliyin işçilərinin sosial müdafiəsini gücləndirmək və maddi təminatını yaxşılaşdırmaq məqsədilə Agentliyin hesabına köçürülür.
Xüsusi vəsaitin təyinatı üzrə istifadə edilməsi məqsədilə Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyində Agentlik üçün xüsusi xəzinə hesabı açılır. Agentliyin xüsusi xəzinə hesabına daxil olan xüsusi vəsaitdən bu Qaydada müəyyən olunmuş məbləğ (Agentlik üzrə hər ay formalaşan xüsusi vəsaitdən 25 faizədək məbləğ işçilərə qanunvericilikdə nəzərdə tutulan fərdi mükafatların və maddi yardımın ödənilməsi üçün ayrılır) çıxıldıqdan sonra qalan hissəsi hesabına Agentliyin işçilərinə hər ay mükafat ödənilir. Xüsusi vəsaitin Agentliyin işçiləri arasında bölgüsü Agentliyin sədrinin hər ay verilən əmri əsasında ayda bir dəfə olmaqla, hər ay üçün növbəti ayın 20-dək həyata keçirilir və hesabat ayında işçinin iş gününə uyğun hesablamalar aparılır.
- Əmək məzuniyyəti və xidməti ezamiyyət dövrü işçinin hesabat ayındakı iş günləri kimi nəzərə alınır.
- Mükafat aşağıdakı günlər üçün hesablanmır:
- işçinin əmək qabiliyyətini müvəqqəti itirdiyi, həmçinin hamiləliyə və doğuşa görə məzuniyyətdə olduğu günlər;
- işçinin ödənişli yaradıcılıq və təhsil məzuniyyətində, qismən ödənişli sosial məzuniyyətdə və ödənişsiz məzuniyyətdə olduğu günlər.
Agentliyin işçisi barəsində yazılı qaydada xəbərdarlıq edildikdə, növbəti ay üçün həmin işçiyə bu Qaydaya uyğun müəyyən edilən mükafatdan 30 faizi nisbətində, cari il içində təkrar yazılı qaydada xəbərdarlıq edildikdə 50 faizi nisbətində, intizam tənbehinin qüvvədə olduğu müddət ərzində isə 100 faizi nisbətində azaltma tətbiq edilməklə hesablama aparılır. İntizam tənbeh tədbirinin vaxtından əvvəl götürülməsi ilə bağlı bilavasitə həmin işçinin rəhbərinin əsaslandırılmış təqdimatı olduqda, Agentliyin sədrinin əmri ilə intizam tənbeh tədbiri vaxtından əvvəl ləğv edilə və mükafat ödənilə bilər. Agentlik üzrə hər ay formalaşan xüsusi vəsaitdən 25 faizədək məbləğ işçilərə qanunvericilikdə nəzərdə tutulan fərdi mükafatların və maddi yardımın ödənilməsi üçün ayrılır. Daha yüksək boş vəzifənin icrası həvalə edilən əməkdaşın mükafatlandırılması həvalə edilən vəzifə üzrə həyata keçirilir. Mükafat Agentliyin işçilərinin aylıq vəzifə maaşına əlavə olunmaqla ödənilir.
Xüsusi vəsaitin istifadə olunmasına dair hesabat Agentlik tərəfindən Maliyyə Nazirliyinə təqdim edilir. Mükafatdan fiziki şəxslərin gəlir vergisi, məcburi dövlət sosial sığorta haqqı və işsizlikdən sosial sığorta haqqı tutulur. Xüsusi vəsaitin istifadə olunması ilə bağlı digər məsələlər Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Dövlət büdcəsindən maliyyələşən idarə və təşkilatların büdcədənkənar vəsaitləri haqqında Əsasnamə”yə uyğun olaraq həyata keçirilir.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi