Azərbaycan Ordusunun nümayəndələri “Vigorous Warrior - 2019” çoxmillətli tibb təlimində iştirak edib

img

19-04-2019 [17:10]


Azərbaycan Ordusunun nümayəndələri NATO-nun Hərbi Tibb Mükəmməliyyət Mərkəzi və Rumıniya Milli Müdafiə Nazirliyinin birgə təşkilatçılığı ilə "Vigorous Warrior - 2019” çoxmillətli tibb təlimində iştirak edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Mia.az-a verilən məlumata görə, Rumıniyanın Çinku təlim mərkəzində 39 ölkədən 2500 nəfərdən artıq nümayəndənin iştirak ilə keçirilən təlimin əsas məqsədi tibbi təminat sisteminin təkmilləşdirilməsi, idarəetmənin qiymətləndirilməsi, hərbi, mülki, beynəlxalq və qeyri-hökumət təşkilatları arasında qarşılıqlı əlaqənin qurulması qaydalarının məşq etdirilməsi olub.

Təlim zamanı tibbi təminat, kimyəvi, bioloji, radioloji, nüvə (KBRN) və partlayıcı qurğuların tətbiqinə qarşı hazırlıq, axtarış-xilasetmə əməliyyatlarının təkmilləşdirilməsi, müasir texnoloji dəstək vasitələrinin tətbiqi və digər məsələlər öyrənilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA