Palata AAK VƏ ARDNF-i də yoxladı - Materiallar MM-ə göndərildi

img

19-04-2019 [16:25]


Bu gün Hesablama Palatasınıda növbəti kollegiya iclası keçirilib. 

Mia.az Palataya istinadən bildirir ki,  iclasda aşağıdakı nəzarət tədbirləri üzrə auditor hesabatları müzakirə olunub:

Dövlət büdcəsindən Prezident yanında Ali Attestasiya Komissiyasına ayrılan vəsaitlərin istifadəsinə dair;

- Azərbaycan Dövlət Neft Fondunun (ARDNF)  büdcəsinin icrasının təhlilinə dair.

Bildirilib ki, iclasda hər bir nəzarət tədbiri üzrə auditor hesabatı barədə müvafiq qərar qəbul olunub, bundan başqa, onların icrasını təmin etmək məqsədilə aidiyyəti qurumlara kollegiya qərarının göndərilməsi və Milli Məclisə müvafiq məlumatın təqdim edilməsi qərara alınıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA