Prezident "Hesablama Palatası haqqında” qanuna dəyişikliyi təsdiqlədi - Maaşlar qalxdı

img

18-04-2019 [16:55]


Prezident İlham Əliyev "Hesablama Palatası haqqında” qanunda dəyişiklik edilməsi barədə qanunu imzalayıb.

Mia.az xəbər verir ki, bununla da qanuna aşağıdakı dəyişikliklər edilib:

Maddə 1. "Hesablama Palatası haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 9, maddə 1820; Azərbaycan Respublikasının 2018-ci il 28 dekabr tarixli 1425-VQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 22.12-ci maddədə "20” rəqəmləri "10” rəqəmləri ilə əvəz edilsin;

1.2. 22.16-cı maddənin ikinci cümləsindən ", habelə onun yaratdığı dövlət orqanlarında (qurumlarında)” sözləri çıxarılsın və həmin maddəyə aşağıdakı məzmunda üçüncü cümlə əlavə edilsin:

"Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanlarda (qurumlarda) həyata keçirilən auditin nəticəsi barədə Hesablama Palatası tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) illik məlumat təqdim olunur.”;

1.3. 28.6-cı maddənin dördüncü cümləsindən "və” sözü çıxarılsın;

1.4. aşağıdakı məzmunda 34.4-cü maddə əlavə edilsin:

"34.4. Hesablama Palatasının üzvlərinə bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə ödənilir.”.

Maddə 2. Bu Qanunun 1.4-cü maddəsi 2019-cu il aprelin 1-dən qüvvəyə minir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA