"Ali Məhkəmənin 27 əməkdaşı hakim seçilib” - Ramiz Rzayev

img

17-04-2019 [11:32]


"Ötən il Ali Məhkəmənin 27 əməkdaşı test imtahanlarını müvəffəqiyyətlə verərək hakim seçilib”.

Bunu Ali Məhkəmənin sədri Ramiz Rzayev deyib.

O bildirib ki, "Ötən il Ali Məhkəmənin fəaliyyətinin hüquqi və informasiya təminatı gücləndirilib. Aparatda yeni texnologiyalar tətbiq edilib. Ali Məhkəmənin mülki, cinayət və hərbi kollegiyalarında 2018-ci ildə baxılmış işlər 2017-ci ilin müvafaiq dövrü ilə müqayisədə azalıb, inzibati-iqtisadi kollegiyada isə artıb. Mülki kollegiyada 6.5 faiz, cinayət kollegiyasında 3.1 faiz, hərbi kollegiyada isə 8.9 faiz azalma, inzibati-iqtisadi kollegiyada 4 faiz artım müşahidə olunub. Ümumiyyətlə, Ali Məhkəməyə daxil olmuş işlərin sayı 2 faiz artıb”.

Report

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA