BDU-dan prorektorların azad olunma xəbərinə - Reaksiya

img

15-04-2019 [21:43]


Bakı Dövlət Universitetinin (BDU) Sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Sani Hacıyevin və İqtisadi və təsərrüfat işləri üzrə prorektoru Nəbi Ramazanlının vəzifələrindən azad edlməsi ilə bağlı bəzi KIV-lərdə yer alan məlumatlar yayılan məlumatlar həqiqəti əks etdirmir.

Mia.az xəbər verir ki, bu barədə "Report”a BDU-nun mətbuat xidmətinin rəhbər Pərvanə İbrahimova bildirib.

"Adları çəkilən prorektorların vəzifədən azad edilməsi xəbəri həqiqəti əks etdirmir və onlar iş başındadırlar”, - deyə o, bildirilib.

Bəzi KİV-lərdə Bakı Dövlət Universitetinin yeni rektoru Elçin Babayevin rəhbərlik etdiyi ali təhsil müəssisəsində kadr islahatlarına başladığı və sözügedən rektorları vəzifələrindən azad etdiyi haqda məlumat yayılmışdı.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA