15-04-2019 [20:10]
AKP-li namizəd Binəli Yıldırımın bugünkü brifinqdə "İstanbuldakı seçkilər murdar oldu" bəyanatına qarşı tərəfdən - CHP-li Əkrəm İmamoğlundan cavab gecikməyib.
Mia.az xəbər verir ki, hələlik rəsmi təsdiqlənməyən seçkinin nəticələrinə görə qalib olan Əkrəm İmamoğlu az əvvəl mətbuat konfransı keçirərək, Binəli Yıldırımın istər seçkiyə, istərsə də şəxsinə yönəlik iddialarını cavablandırıb.
O qeyd edib ki, İstanbuldakı seçki ilə bağlı yaranmış qeyri-müəyyən durum Türkiyə iqtisadiyyatına da ciddi təsir göstərməkdədir: "Türkiyəyə sərmayə axını demək olar dayanma nöqtəsinə çatıb. Yəni iqtisadiyyatımızda bu qədər pis vəziyyət yaranıb. Hətta sərmayə axınının tərsinə getdiyini də görmək mümkündür.
Son 2 ayda valyutamız 10 faiz dəyər itirib. Bu da bir çox məhsulların qiymətinin artmasına gətirib çıxarıb. İndi bunlar (AKP iqtidarını nəzərdə tutur-Red.) iqtisadi böhranı siyası böhran yaratmaqla bütövləşdirir, insanların başını bununla qatırlar. Onlar problemlərin həllində deyil, böhranı böhranla unutdurmaq istəyirlər. Baxın, son bir ildə işsizlərin sayı 1 milyon 259 min artıb. Ancaq onlar bunları deyil, mənasız savaşa diqqət ayırırlar. Diqqət edin, rəqibim Binəli Yıldırım az əvvəl 2 saatlıq mətbuat konfransı keçirdi, ortaya dəqiq sübut qoydumu? Mən onun danışdıqlarından bir şey anlamadım".
YSK-nın səslərin bütövlükdə təkrar sayılmasına "yox" deməsini, yalnız Maltəpədəki bülletenlərin sayılacağı haqda qərarını müsbət qiymətləndirən və buna görə quruma təşəkkürünü bildirən Əkrəm imamoğlu bildirib ki, rəqibinin onu tələskənlikdə ittiham etməsi də yersizdir: "O, məni tələskənlikdə ittiham edir. Ancaq seçki axşamı, daha dəqiqi, saat 22 radələrində özü ildırım sürəti ilə "3 min 870 səslə seçkini mən qazandım" bəyanatını verdi. YSK-nın açıqlaması olmadan belə bir bəyanat tələskənlik deyildimi? İndi məni "Görməmişlik etdi" deyib ittiham edir. Allah eşqinə, seçkidən yarım gün sonra "İstanbulda könül bələdiyyəçiliyi qazandı", - deyə afişaları mən vurdursaydım, görməmiş olardım. Nədir axı bu görməmişiklik?".
Seçkidəki mübahisəli məsələləri bir-bir sadalayan və izah verən İmamoğlu AKP-nin hazırkı iddialarını uduzmaları ilə əlaqələndirib: "İndi ortaya atdıqları iddialar seçkini uduzduqdan sonra uyduruldu. Belə uydurma iddialarına, təəssüf ki, Böyükçəkməcədə bir sıra məmuru da qatıb, polisimizə də ayıb hərəkət ediblər. Bəli, bunlar cinayət və yaxud cinayət yaratma çabası göstərirlər".
YSK-nın səslərin sayılması ilə bağlı son qərarından sonra Binəli Yıldırımın "seçki murdarlandı" bəyanatına gəldikdə isə, İmamoğlu bunu ali seçki qurumuna və hüquqa hörmətsizlik sayıb: "Cənab Yıldırımın seçkini murdar elan etməsi hüquqa hörmətsizlkdir, qazanmadığı seçkini murdar elan etmək cəhdidir. Bəs deyirdiniz "ağırbaşlı olmaq" gərəkdir?".
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi