NATO Rusiya ilə əməkdaşlığı tamamilə dayandırdı

img

15-04-2019 [18:03]


"Rusiya ilə NATO arasında mülki və hərbi sahə üzrə əməkdaşlıq tamamilə dayandırılıb”.

"Report” RİA "Novosti"0yə istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko bildirib.

Onun sözlərinə görə, əməkdaşlıq NATO-nun təşəbbüsü ilə dayandırılıb. A.Qruşko bildirib ki, münasibətlərdə yaranmış böhranlı vəziyyətdən çıxış üçün NATO-nun heç bir planı yoxdur.

Nazir müavini qeyd edib ki, rəsmi Moskva Şimali Atlantika Alyansı ilə yarana biləcək hərbi münaqişədən yayınmağı bacaracaq. O, hərbi blokla Rusiya arasında münaqişənin bəşəriyyət üçün fəlakət ola biləcəyini vurğulayıb. A.Qruşko deyib ki, NATO-nun hərbi xərcləri Rusiyanın hərbi büdcəsindən 22 dəfə çoxdur.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA