PA-ya yeni səlahiyyət verildi - FƏRMAN

img

15-04-2019 [17:40]


Azərbaycanda qanunvericiliyin təsirinin qiymətləndirilməsi aparılacaq.

Bu, Prezident İlham Əliyevin imzaladığı "Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun tətbiq edilməsi barədə” fərmanında dəyişiklik edilməsi barədə fərmanında əksini tapıb.

Sənədə əsasən, Prezident Administrasiyası inkişaf etmiş xarici dövlətlərin qanunvericiliyin təsirinin qiymətləndirilməsi sahəsində mütərəqqi təcrübəsini nəzərə almaqla, qanunvericiliyin təsirinin qiymətləndirilməsi mexanizmi ilə bağlı təkliflərini dörd ay müddətində hazırlayıb Prezidentə təqdim edəcək.

Administrasiyanın hüquq xidməti vasitəsilə qanunvericiliyin təsirinin qiymətləndirilməsi üzrə işlərin əlaqələndirilməsini təmin ediləcək.

Fərmanla Nazirlər Kabinetinə, Ədliyyə Nazirliyinə müvafiq tapşırıqlar verilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA