14-04-2019 [11:44]
Azərbaycanda yüksək vəzifəli şəxslər rəhbərlik etdikləri sahələrə yaxın adamlarını topladıqları kimi, bizneslərinin də başına peşəkarları deyil, əsasən öz qohum-əqrəbalarını gətirirlər.Necə deyərlər, xeyri başqalarına verməmək üçün...Ancaq bəzi hallarda bu qohum-əqrəba onlara elə zərbə vurur ki, uzun müddət özlərinə gələ bilmirlər.
MİA.az "AzPolitika.info”ya istinadən xəbər verir ki, sabiq vergilər naziri Fazil Məmmədovun da belə bir zərbə aldığından xəbər verir. Həm də bir başqasından deyil, doğma bacı oğlundan və yeznəsindən… Belə ki,onlarınFazil Məmmədova məxsus "AtaBank”ı iflas həddinə çatdırdıqları iddia edilir.
Bu haqda danışmazdan öncə qeyd edək ki, sabiq vergilər naziri Fazil Məmmədova məxsus olduğu bildirilən "AtaBank”da baş verənlərlə bağlı mətbuatda vaxtaşırı məlumatlar yayılır. Son aylarda yayılan məlumatlarda bankdaözbaşınalığın hökm sürdüyü, idarəetmənin iflic vəziyyətə düşdüyü, bankın vəsaitlərinin talandığı və sair kimi iddialar irəli sürülüb. Maraqlıdır ki, bankdan bu idiaların heç biri təkzib edilməyib.
"AtaBank”la bağlı "AzPolitika.info”ya verilən yeni məlumatlar isə dahailginc xarakter daşıyır.
Belə ki, məlumatlı mənbənin iddiasına görə, Türkiyədə uzun zaman müalicə alan, hətta ağır xəstəliyi səbəbindən ölümlə üz-üzə qalan dövrlərdə Fazil Məmmədov ölkədəki biznesindən tam xəbərsiz qalıb: "Həmin vaxt ailə üzvləri də F.Məmmədovun yanında olduğundan, Azərbaycanda olan biznesi faktiki olaraq nəzarətsiz qalıb. Onun biznesinə rəhbərlik edənlər isə bu nəzarətsizlikdən istifadə edərək sabiq nazirin biznesini talamağa başlayıblar”.
Mənbənin iddisına görə, F.Məmmədov bundan səhhəti nisbətən yaxşılaşdıqdan sonra xəbər tutub:
"Ölümün pəncəsindən yaxa qurtarmağı bacaran F.Məmmədovun səhhətində stabilləşmə yarandığı ilk vaxtlarda,yaxın qohumları ona ölkədəki biznesinin yağmalandığı, ən biabırcı vəziyyətin isə "AtaBank”da baş verdiyi barədə məruzə ediblər.Bank doğma bacısı oğlu Dəyanət Quliyevin sədr kimi sərəncamında olduğundan, F.Məmmədov ilk məqamda bu məlumatlara inanmaq istəməyib.Xüsusi araşdırması nəticəsində isə məlum olub ki, Dəyanət Quliyev, özünü səhmdarın nümayəndəsi kimi göstərən atası Namiq Quliyevlə birlikdə bankın olan-qalan resursunu da "silib-süpürüblər”.
İş o həddə çatıb ki, yeni nazir Mikayıl Cabbarov tərəfindən Vergilər Nazirliyindəki yüksək vəzifəsindən qovulan Namiq Quliyev, bankın mərkəzi ofisində özünə dəbdəbəli kabinet də hazırlatdırıb və burdan banka nəzarət etməyə başlayıb”.
Qeyd edək ki, F.Məmmədovun nazir olduğu illərdə yeznəsi Namiq Quliyev vergi sistemində müxtəlif vəzifələrdə çalışıb. Hətta bir müddət nazirin müşaviri də işləyib.
Son iş yeri isə Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti rəisinin 1-ci müavini vəzifəsi olub. Mikayıl Cabbarov nazir təyin olunduqdan bir müddət sonra –2017- ci ilin dekabrındaNamiq Quliyevi vəzifəsindən kənarlaşdırıb. Vergi sistemində baş verən bir çox qanunsuzluqlarda N.Quliyevin də adı hallanıb.
Verilən məlumatda N.Quliyevin Vergilər Nazirliyində çalışdığı zaman etdiyi qanunsuzluqlar barədə (qanunsuz həbslər, kassa aparatlarının dövriyyəsi və s.) hazırda geniş araşdırmaların davam etdiyi bildirilir.
N.Quliyevin "AtaBank”a gəldikdən sonra burda da ciddi qanunsuzluqlara yol verdiyi iddia edilir:
"N.Quliyev prosesləri idarə etmək üçün bankda sürücü işləyən yaxın qohumu İlqar Sadıqovu yüksək vəzifəyə – departament direktoru təyin etdirdi. Kollektivdə yayılan söz-söhbətə görə İlqar Sadıqov qeyri-peşəkar, işi ancaq əməkdaşları güdüb, onların cəzalanmasına çalışan birisidir. Məhz bu səbəbdən işləri görəcək kadr kimi o seçilmişdir.
N.Quliyev İlqar Sadıqovun vasitəsilə ilk öncə bankın bütün əməkdaşlarından qanunsuz olaraq tarixsiz işdənçıxma ərizələri alıb. Etiraz edən onlarla peşəkar kadrları isə işdən kənarlaşdırılıb. Məqsəd Quliyevlər tərəfindən bankda görüləcək "işlərə” etiraz edənləri dərhal işdən azad etmək olub. Beləliklə, Quliyevlər bankda şəxsi işlərini görmək üçün İ.Sadıqov vasitəsilə münbit şəraiti yarada biliblər".
Məlumatlı mənbə iddia edir ki, Quliyevlər yaranmış şəraitdən istifadə edərək, bankın vəsaitlərini ələ keçiriblər: "Araşdırma nəticəsində müəyyən olunmuşdur ki, bankın əməliyyat sistemi, kassası, bəzi filial və şöbələri Quliyevlərin şəxsi tələbatlarına xidmət etmişdir. Bunun da nəticəsində onsuz da maliyyə cəhətdən olduqca problem içində olan bankın gəlirləri daha da azalmışdır”.
"Lakin bu vəziyyət çox çəkməyib. Verilən məlumata görə bütün bunlardan xəbər tutan Fazil Məmmədov, özünün səhhəti pis olduğundan məsələni araşdırmağı həyat yoldaşıGünay Məmmədovaya həvalə edib.Günay Məmmədova Quliyevləri dərhal çağıraraq yaranmış vəziyyəti izah etmələrini istəyib və tezliklə banka vəsaitlərin qaytarılmasını tələb edib” - deyə məlumatda bildirilir.
Həqiqətləri öyrənən Fazil Məmmədovun sarsıldığı bildirilir: "Deyilənə görə F.Məmmədov o qədər hiddətlənib ki, bacısı oğlunu – bankın İdarə Heyətinin sədri D.Quliyevi həbs etdirmək qərarına gəlib.Bu məsələdən sonra ailələr arasında münasibətin gərgin olduğu bildirilir və məsələnin necə nəticələnəcəyi də bəlli deyil”.
Ancaq Fazil Məmmədovun cəhdlərinə baxmayaraq, bankda vəziyyətin düzəlmədiyi qeyd olunur:"Bankda idarəetmə və likvidlik problemi həll olunmayıb, gərgin vəziyyət davam edir və müsbət istiqamətdə heç bir addım atılmayıb. Belə bir vəziyyət isə artıq maliyyə bazarlarına nəzarət edən orqanları narahat etməyə başlayıb. Bu baxımdan bank barədə yaxın zamanda rəsmi qərarların veriləcəyi gözlənilir”.
Yazıdakı iddialarla bağlı "AtaBank”ın rəhbərliyinin, eləcədə Fazil Məmmədovun, Namiq və Dəyanət Quliyevlərin mövqeyini işıqlandrmmağa hazırıq.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi