Körpə qığıltısı dünyanın ən həzin bir musiqisidir

img

13-04-2019 [20:17]


Azərbaycanda  öz say tərkibimizin möhtəşəm 10 000 000-luğunu qeyd etdiyimiz bu günlərdə İmişli rayonunda yaşayıb-yaradan yazıçı-publisist, respublikanın Əməkdar müəllmi  Səxavət Tağların yeni nəvəsi dünyaya gəldi. 

Ailənin sevincli anlarının şahidi olduq. Tanınmış pedaqoqun evində nəvə şirinliyinin tükənməz sevincini gözlərimlə gördük. İxtiyari olaraq məlum atalar misalı beynimdə dolandı:” Dövlətdə dəvə, övladda nəvə”…

…Baba-nənə sevinci nə qədər maraqlı, ürəkdəngələn və dəyərlidir.

Baba-Səxavət Tağlar:      

- Çox sevincliyəm. Nəvəmi bu gün doğum evindən çıxarıb, öz evlərinə, öz ailələrinə apardıq. Ona ad da qoyduq: Uğur! 

Kiçik övladımız Şəfəq xanımın ilk balasıdır.  Uğurun şəninə bayram əhval-ruhiyyəsi yaşayırıq. Baba kimi onu həddən artıq istəyirəm. Allah saxlasın! Vətəninə,  xalqına, dövlətinə, layiq bir övlad olsun.

Nənə- Aidə Tağıyeva:

- Üç nəvəmiz var: Şəbnəm, Zeynəb və Uğur! Onların hər biri bizə əzizdir. Uğurun bu dünyaya gəlişi sanlı günlərlədir. O günlərin hər birini nəvəmləyəm! Onun körpə qığıltısı dünyanın ən həzin bir musiqisidir. Balamın ilk balası, baldan şirin, gözlərimin nuru, sevimli Uğurum! Kişi kimi böyü, Vətənini sev, ata-ananı sev, sevgimizə layiq bir övlad ol! Qurban olum sənə!

Şəbnəm  Baxışlı

                                                                                                          
                                                                                                  


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA