Daha bir məktəbdə hadisə - Bu dəfə müəllimlər əlbəyaxa oldu

img

13-04-2019 [10:30]


Bakının elit kollecində müəllimlər arasında əlbəyaxa dava olub.

MİA.az Baku.ws-ə istinadən xəbər verir ki, hadisə ötən gün saat 15 radələrində Bakının Nizami rayonu, M.Əliyev küçəsi 17 ünvanda yerləşən "British school College”də işləyən müəllimələr – 1986-cı il təvəllüdlü Aidə Qiryət qızı Əsədova ilə Amerika vətəndaşı Coandra Hollis Conu arasında baş verib.

Münaqişə qadınların əlbəyaxa davasına çevrilib. Dava zamanı hər iki müəllim xəsarət alıb.

Baş verən dava barədə Nizami rayon Polis İdarəsi 24-cü polis bölməsinə məlumat daxil olub.

Faktla bağlı polisin istintaq şöbəsində araşdırma aparılır.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA