AŞPA sosial mediaya dair qətnamə qəbul edib

img

12-04-2019 [16:42]


Avropa Şurası Parlament Assambleyasının "Sosial media: sosial bağların yaradıcısı, yaxud insan hüquqlarına təhlükə" adlı qətnamə qəbul edib. 

"Report"un Qərbi Avropa bürosu xəbər verir ki, qətnamədə mediada sosial bağların yaradılması, siyasi və digər müzakirələrin izlənilməsi, demokratiyanın inkişafında rolu ilə yanaşı onlardan sui-istifadə edildiyi təqdirdə insan hüquqlarına, demokratik institutların fəaliyyətinə zərər yetirə biləcəyi qeyd olunub. 

Qətnaməyə əsasən, hökumət orqanları və internet sahəsində faəliyyət göstərən təşkilatlar birləşərək qanunsuz yayımlara son qoymaq və informasiyaların keyfiyyətini artırmaqla informasiya azadlığı uğrunda birgə çalışmalıdırlar. 

AŞPA üzv ölkələri Avropa Şurasının insanların şəxsi məlumatlarının qorunmasına dair konvensiyanı ratifikasiya etməyə çağırıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA