İqtisadiyyat Nazirliyi: "Bu gün daha 69 sahibkarın hesabına 218 min manat yardım ödənilib"

img

11-04-2019 [18:58]


Bakının Nizami rayonunda yerləşən ticarət mərkəzində baş vermiş yanğında zərər çəkmış sahibkarlardan sənədlərin qəbulu və maddi yardımın ödənilməsi prosesi davam edir.

İqtisadiyyat Nazirliyindən Mia.az-a verilən məlumata görə, bu gün daha 69 zərər çəkmiş sahibkarın bank hesabına 218 min manat məbləğində maddi yardım ödənilib:

"Beləliklə, indiyədək İşçi Qrupu tərəfindən maddi yardımın ödənilməsi qərara alınmış 228 zərər çəkmiş sahibkarın bank hesabına 1 mln. 360 min manat məbləğində maddi yardım köçürülüb. Maddi yardımın ödənilməsi "Kapital Bank” və "TuranBank” vasitəsilə həyata keçirilir. Vəsaitlər sahibkarlara bank kartları vasitəsilə nağdsız şəkildə verilir və banklar tərəfindən maddi yardımdan xidmət haqqı tutulmur.

Bununla yanaşı, sahibkarların Bakının Nizami rayonunda yerləşən yanğın baş vermiş ticarət mərkəzindən mallarının çıxarılması prosesi də davam etdirilir. İndiyədək 200 sahibkar mallarını ticarət mərkəzindən çıxarıb".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA