Paşinyandan Qarabağla bağlı daha bir bəyanat

img

11-04-2019 [15:00]


"Ermənistanda on ildən çox rüşvətxor və zorakı hökumət hakimiyyətdə olub. Ancaq bu hakimiyyətə sülh yolu ilə son qoymağa nail olmuşuq".

"Report"un Qərbi Avropa bürosu xəbər verir ki, bu fikirləri Ermənistanın Baş naziri Nikol Paşinyan Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyasında çıxışı zamanı deyib.  

O, Dağlıq Qarabağ münaqişəsinə də toxunub: "Biz istəyirik ki, bu münaqişə yalnız sülh yolu ilə həll olunsun. Bunun üçün də uzun müddətdir Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə məşğul olan ATƏT-in Minsk qrupu çərçivəsində fəaliyyət göstərmək istəyirik. Çünki yalnız bu qurum əvvəldən hadisələri yaxından izləyib və hər bir addımdan xəbərdardır".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA