Azərbaycan Müdafiə Nazirliyinin nümayəndə heyəti Moskvaya gedib

img

11-04-2019 [11:58]


Müdafiə Nazirliyi Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin idarə rəisi, general-mayor Ənvər Əfəndiyevin rəhbərlik etdiyi nümayəndə heyəti Moskva şəhərində keçirilən "Beynəlxalq ordu oyunları - 2019” yarışlarının ikinci beynəlxalq konfransında iştirak edir.

Nazirlikdən Mia.az-a verilən məlumata görə, tədbir zamanı nümayəndə heyətləri yarışların şərtləri və qaydalarını müzakirə edir, eləcə də müsabiqənin təşkil olunacaq ərazilərə baxış keçirirlər.

Hərbçilərin beynəlxalq yarışlarında Azərbaycan Ordusunun nümayəndələrinin "Dəniz kuboku”, "Tank biatlonu”, "Artilleriya atəşi ustaları”, "Snayper həddi”, "Hərbi-tibbi estafet” və "Səhra mətbəxi” müsabiqələrində iştirakı planlaşdırılır.

"Beynəlxalq ordu oyunları - 2019” yarışlarının bu ilin avqustun 3-dən 17-dək keçirilməsi nəzərdə tutulub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA