Azərbaycanın İrana göndərdiyi humanitar yardım ünvana çatdırılıb

img

11-04-2019 [11:26]


İran İslam Respublikasında aramsız yağan yağışlar nəticəsində baş vermiş təbii fəlakətlə əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Fövqəladə Hallar Nazirliyinin Azərbaycan Hökuməti adından aprelin 10-da bu ölkəyə göndərdiyi humanitar yardım ünvana çatdırılıb və aidiyyəti üzrə təhvil verilib.

Mia.az FHN-ə istinadən xəbər verir ki, ümumi dəyəri 950 min manat olan humanitar yardıma 166 ədəd mətbəx dəsti, 3 min ədəd yataq dəsti, 75 ədəd çadır, 150 ədəd müxtəlif parametrli su nasosu, 5 ədəd 4 metrlik rezin qayıq, 140 ədəd işçi geyimi, 320 xilasedici geyim dəsti və 200 ədəd xilasedici jilet, "Katerpiller” və "Komatsu” markalı 2 ədəd ekskavator daxildir.

Qeyd edək ki, İranda baş vermiş təbii fəlakət insan itkisinə və dağıntılara səbəb olub, infrastruktura ciddi ziyan dəyib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA