Kürdə okean balığı tutuldu – FOTO

img

10-04-2019 [21:10]


Ötən gün Kür çayının Neftçala rayonu ərazisindən keçən hissəsində Uqor adlı okean balığı sakinlər tərəfindən tutulub.

"Report”un Aran bürosu xəbər verir ki, uzunluğu 1 metr, çəkisi 2 kiloqramdan artıq olan balığın Kür çayında görünməsi nadir hadisədir.

Ehtimal olunur ki, ölkəmizə məxsus gəmilər okean və dənizlərdə üzərkən Uqor balığı onların gövdəsinə yapışıb. Sonra həmin balıq gəmi vasitəsi ilə Xəzər dənizinə, oradan isə Kür çayına keçib. Çünki nadir hallarda, yəni 30-40 ildən bir Kür çayında ilanbalığına oxşaq belə balığa rast gəlinir.

Çəkisi 2 kiloqramdan-12 kioqrama qədər olan Uqor balığı ilanbalığı kimi çox sürüşkən, həm də yağlı olur. Məlumata görə, cəmi 9-12 il yaşayan balıq ildə suya 1 milyona yaxın kürü buraxır. Əti bir çox xəstəliklərin, xüsusi ilə görmə qabiliyyəti zəif olan insanlar üçün olduqca faydalıdır.

Qeyd edək ki, 2008-ci ildə adı Qırmızı kitaba düşən Uqor balığı bu gün səhər saatlarında yenidən Kür çayına buraxılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA