Baş nazirin müavini komissiyanı topladı - Uşaqlarla bağlı müzakirə

img

10-04-2019 [19:28]


Aprelin 10-da Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın iclası keçirilib.

Mia.az xəbər verir ki, iclasda komissiyanın üzvləri və aidiyyəti qurumların nümayəndələri iştirak ediblər.

Baş nazirin müavini, komissiyanın sədri Əli Əhmədov iclasın gündəliyində üç məsələnin olduğunu bildirib. Bunlar uşaq hüquqlarının təmin edilməsi vəziyyətinə dair ölkə üzrə 2018-ci il üçün hesabatın müzakirəsi, 2019-cu ildə monitorinq keçirilməsi nəzərdə tutulan dövlət uşaq müəssisələrinin siyahısının təsdiq edilməsi və komissiyanın nəzdində yaradılan işçi qrupun tərkibinin təsdiq edilməsi məsələləridir.

Uşaq hüquqlarının təmin edilməsi vəziyyətinə dair ölkə üzrə 2018-ci il üçün hesabatla çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova uşaqlarla işin vacibliyini bildirib. Qeyd edib ki, bu işdə əsas rol valideynlərin üzərinə düşür.

Qeyd edək ki, Azərbaycanda uşaq hüquqlarının həyata keçirilməsi və bu istiqamətdə müvafiq tədbirlərin görülməsi müxtəlif qurumlar tərəfindən aparılır. Bu qurumların gördüyü işlərə və onların fəaliyyətinin əlaqələndirilməsinə isə Nazirlər Kabineti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiya baxır.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA