Babasından Tale Heydərovun istefasına reaksiya - "Təəccübləndim"

img

10-04-2019 [17:52]


Xəbər verdiyimiz kimi, "Qəbələ” İdman Klubunun prezidenti Tale Heydərov tutduğu vəzifədən istefa verib.

Bu haqda məlumatı klubun rəsmi saytı yayıb. Məsələ ilə bağlı Tale Heydərovun özü ilə əlaqə saxlamaq mümkün olmasa da, onun babası, millət vəkili Fəttah Heydərov qısa açıqlama verib. Fəttah Heydərov Tale Heydərovla bağlı xəbəri saytlardan gördüyünü deyib: 

"Əslində xəbəri indicə saytlardan oxudum. Tale Heydərovun prezidenti olduğu "Qəbələ" İdman Klubundan istefa verməsinə təəccübləndim. Özü ölkə xaricində olduğu üçün hələ ki, heç bir məlumatım yoxdur".

Qeyd edək ki, T. Heydərov 2006-cı ildən bu vəzifədə fəaliyyət göstərirdi (sonxeber.az).



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA