"Rusiyaya qarşı sanksiyalar siyasəti öz müsbət nəticələrini verməkdədir"

img

10-04-2019 [10:50]


ABŞ Maliyyə Nazirliyi hesab edir ki, Rusiyaya qarşı sanksiyalar siyasəti öz müsbət nəticələrini verməkdədir.

Bu fikri ABŞ-ın maliyyə naziri Stiven Mnuçin Konqresin Nümayəndələr Palatasının Təxsisatlar komitəsində keçirilən dinləmələrdə deyib. Onun sözlərinə görə, rəsmi Vaşinqton Moskvaya qarşı yeni sanksiyalar tətbiq etməyə davam edəcək.

"Sanksiyalar çox vacib alətdir. Hesab edirəm ki, biz bunu Rusiya əleyhinə çox səmərəli istifadə etmişik. Rusiyanı uyğun olmayan davranışlarını dəyişməsi üçün sanksiyalardan istifadə etməyi davam etdirəcəyik" deyə nazir bildirib/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA