Azərbaycan səfirinin saatı oğurlandı - Aeroportda

img

09-04-2019 [22:48]


Belarus Respublikasının Minsk Milli Aeroportunda Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədovun saatı oğurlanıb.

Bu barədə məlumatı Belarus Respublikasının Daxili İşlər Nazirliyi yayıb. 

Qeyd olunub ki, hadisə martın 17-si axşam saatlarında baş verib. Belə ki, Azərbaycanın Qazaxıstandakı səfiri biznes-zalda olarkən saatını unudub: "Bunu görən 37 yaşlı Ukrayna vətəndaşı saatı götürüb. Saatın itməsi barədə ərizə daxil olduqdan sonra Cinayət-Axtarış Şöbəsinin əməkdaşları bir neçə saat ərzində şübhəli şəxsin kimliyini müəyyənləşdirib və oğurlanmış saatı geri qaytarıb. Faktla bağlı Belarus Respublikasının CM-nin 205-ci maddəsinin 1-ci bəndi üzrə (oğurluq) cinayət işi qaldırılıb".

Hadisədən sonra Azərbaycanın Belarusdakı səfiri Lətif Qəndilov bu ölkənin Daxili İşlər naziri İqor Şuneviçə təşəkkür məktubu göndərib/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA