09-04-2019 [11:05]
Şərqşünas, ilahiyyat elmləri üzrə araşdırmaçı-yazar Vüsal Hətəmov modern.az-a müsahibə verib.
Mia.az onunla müsahibəni təqdim edirik.
- İslam dini 7-ci əsrdən bu yana gəlib çıxıb. Amma 1400 ildə din təkcə enişlərdə olmayıb, yoxuşlarda da qərar tutub. İlk sualım belə olacaq, dinlə bağlı problemlər nədən qaynaqlanır?
- Din təkcə nəzəriyyələrdən ibarət olmadığı üçün bu problemlər ikinci tərəfdən baş verə bilir. Burada ikinci tərəf kimdir? Nəzəriyyə Allahdandır, onun daşıyıcısı insandır. İnsan da kamil varlıq əsasında yaradılıb, lakin kamilliyə doğru özü də enişli-yoxuşlu yollar getdiyi üçün problemlər yaranır. Məsələ budur ki, dindarlıqdan qabaq adamların gərək insanlığı olsun. Bunun üçün də bir sıra kateqoriyalar var – dünyagörüşü, təhsil və sairə. Əgər dindar insan imanı ilə yanaşı, həm də elmli olarsa, o, dinini yaxşı yaşadacaq. Həmin insan Şah İsmayıl Xətai kimi dini lider olarsa, bu zaman daha uğurlu nailiyyətlərə imza atılacaq.Yox, əgər Abbasilər dövründəki, Mötəsim, Məmun dövründəki kimi baş eyş-işrətə, kefə qarışanda dinin tənəzzül dövrü başlayacaq. Yenə də din daşıyıcısı olan insanların şəxsi keyfiyyətlərinə qayıdırıq. Kimsə elm və din adamıdırsa, bu zaman din inkişafa doğru gedəcək. Çünki dini yerdə Allah-Təala yox, insanlar aparır. Dediklərim təkcə İslam dininə aid deyil, digərlərində də belədir.
Hər bir dinin saxtakar daşıyıcıları olub. Ən pisi odur ki, onlar hakimiyyətdə olarkən din adından danışıblar. Renessans dövrünə qədər Avropada hakim nəzəriyyə xristianlıq dini idi. Dində yoxdursa, həmin adam susmalı idi, əks təqdirdə isə öldürülürdü. Niyə o zaman Avropada din elmə qarşı idi? Çünki onların təhrif olunmuş kitabları demişdi ki, Yer yumru deyil. Quran isə Yerin Günəş ətrafında dövr etməsini, kürə şəklində olmasını demişdi, xristianlığın əvvəlki kitabında da belə olub. İndi, həmin dindən uzaqlaşmaq lazım idi ya yox?!
Bu zaman İslam dünyasında müharibələr gedirdi. Avropada isə çap maşını ixtira olunmuşdu, kitablar çap edilirdi. İslam dünyasının geri qalmasının səbəblərindən biri də budur.
- Din bəşəriyyətə Allah tərəfindən göndərilib. Dində təkcə əxlaq kodeksi yoxdur, həm də ictimai münasibətlər, siyasi nizamnamə, iqtisadiyyat, ailə-məişət məsələləri var. Bir sözlə, dində bütün sferaları əhatə edən elmlər mövcuddur. Allah dini təkcə əxlaq üçün göndərməyib. Düzdür, Allah buyurur ki, bütün işlərin arxasında əxlaqlı insan durmalıdır. Baxın, Enşteyn elmli adam idi, nüvəni dinc məqsədlər üçün kəşf etmişdi. Amma sonda hərbi təyinatla istifadə olundu. Buna görə də, əxlaq vacibdir. Məsələ odur ki, həmin kəşf olunan şey kimin əlində olanda nələr baş verir. Baxın Enşteynin kəşf etdiyi ilə bəşəriyyəti məhv etdilər, halbuki, Enşteynin məqsədi başqa idi.
Biz elmi dindən ayırsaq, din əxlaq kodeksi yaradan təbəqənin əlində bir vasitə olacaq, onlar deyəcəklər ki, sırf bu tərzdə yaşamaq lazımdır. Enşteyn demişkən, elmsiz din şikəst, dinsiz elm kordur.
Məhəmməd peyğəmbərin də bir hədisi var. Deyir ki, elmsiz iman odla pambıq kimidir. Bunlar elə olmalıdır ki, bir-birinə yol göstərsin, dəstək versin.
"Beşikdən qəbrə qədər öyrənin” – bu deyimlə zaman məhdudiyyəti aradan qaldırılır. Yəni insan heç zaman "elmdə sona çatdım” deməməlidir.
İbn Sinanın əlyazmalarının surətinə baxdım. İbn Sina da mal əti ilə qoyun ətini fərqləndirir və mal ətinin yarada biləcəyi xəstəliklərin hamısını orada sadalayır. İbn Sina bütün fikirlərini həm dünya elmindən, həm də İslamdan götürüb.
Biz necə deyə bilərik ki, Tusi də, İbn Sina da alimdir, cihad adı ilə insanları baş kəsməyə, dinc insanları məhv etməyə dəvət edənlər də! Alim bütün elmləri bilən şəxsə deyilir. Sokrat deyib: "Mən indi bildim ki, heç nə bilmirəm”. Həzrət Əli isə qeyd edib: "Mən bilmədiklərimi ayağımın altına qoysam, başım göylərə dəyər”.
- Kimiləri dini araşdırıb ateist, kimiləri də araşdırıb iman əhli olur. Bu o demək deyilmi ki, ateizm və ilahiyyat insanlardakı boşluqları tamamlayır?
Ateistlərə gəlincə, onları da iki qrupa bölmək olar. Birincisi, dünya ateist dünyagörüşünün daşıyıcıları, ikincisi isə Azərbaycanda özlərinə ateist deyənlər. Çox təəssüflər olsun ki, həmvətənlərimiz olan ateistlər hələ də Avropa ateist kitablarının çərçivəsindən kənara çıxa bilmirlər. Çünki bizim özümüzdə bir kitab yoxdur, bizə Qərb ateistlərinin fikirləri lazımdır. Bədbəxtçilik budur ki, bizdəki ateistlər nə Quranı, nə hədisləri, nə də İslam tarixini oxuyublar. Ancaq Avropanın ateizm məktəbindən çıxış edirlər və deyirlər ki, İslam dinini bilirlər. Bu gün Azərbaycanda ziyalı ateistlər də var. Dini tənqid edirlər, amma əxlaqla davranaraq qarşı tərəfə hörmət edirlər.
- Xeyr, bu, itaətə çağırış deyil. Ziyalı ateistlər var ki, universitetlərdə dərs deyib. Onlar kommunizm fəlsəfəsi ilə böyüyüb və sonda heç onu da qəbul etməyib. İslam dini ilə, dini kitablarla rastlaşmadığı üçün "sübut edin ki, Allah var” deyir. Qarşı tərəf də bunu sübut edə bilmir. Ona görə ki, Azəraycanda uzun illər bu mövzuda bir mütəxəssis olmayıb. Bu cür ateistlər narazılığını da normal şəkildə bildirirlər.
-Sizin məntiqlə, qarşı tərəf də "bəs siz nəyi inkar edirsiniz” deyir. Olmayan bir şeyi necə inkar etmək olar. Tarixən dinlər öz kitabları ilə gəlib. Hamısı da Allahdan gəldiyini deyib. Hamısı da ortaya məntiqli kitab qoyub. O kitablar həmin dövrün insanlarının beyinlərinin fövqündə duran informasiyalarla dolu olub. Quranda elə informasiya var ki, 7-ci əsrin insanı heç cür onu bilə bilməzdi. İncil, Tövrat müəyyən qədər təhrif olunub. Bununla belə, bu kitabların da bəndlərində də insan beyninin fövqündə olan məlumatlar var. Din insanları işıqlığa doğru aparır, yol göstərir. Amma ateistlər bunu inkar edirlər. Din "Heç kimin haqqını yeməyin”, "oğurluq etməyin”, "sizə hücum olmayınca hücum etməyin”, "heç kimin malını tərəzidə aldatmayın” və sair kimi çağırışlarla doludur. Din nə deyir ki, biz onu təkzib edirik?
-Bütün bəşəriyyət eyni fikirdədir. Hamısı insan cəmiyyətini qoruya biləcək dövlətdən, əxlaqdan, rifah tərzindən danışır. Fərq ondadır ki, ateistlər materiyanı əsas götürürlər. Dindarların Allahı isə maddi aləm deyil. Dindarlar ateizmin təqdim etdiyi "Allahı” görə bilir, bu, materiyadır. Amma ateistlər dindarların təqdim etdiyi Allahı görə bilmirlər. Hələ də bunun çaşqınlıq yaradan fəlsəfəsi ortaya çıxmayıb. "İxlas” surəsində bildirilir ki, Allah doğmayıb, doğulmayıb. Allah məkansızdır. Bunlardan birində bu zamana qədər bədii, fəlsəfi cəhətdən səhvlər olsaydı, ateistlər əllərində bayraq edərdilər.
Deməli Allah-Təala, dinlərin təqdim etdiyi Yaradıcı maddi olmadığı, mücərrəd olduğu üçün onu 5 hiss orqanı ilə hiss etmək mümkün deyil. Ateistlər bizə "Allahı göstərin” deyəndə, sübut edirik ki, bu sual artıqdır. Çünki Quran Allahın maddi olmadığını bəyan edir. Ya da "Allah haradadır” deyə sual edirlər. Allah əlbəttə ki, laməkandır. Quran bunu deyir. Kainat da Allahın içərəsində ehtiva olunub. Biz dünən "kainat Allahdır” desəydik, yanlış olardı. Çünki elmi cəhətdən başqa kainatların mövcudluğu da kəşf edilir. Bu gün sübut olunub ki, fiziki insandan da kənarda aləm var. Nəsimi "Məndə sığar iki cahan, mən bu cahana sığmazam” deyir. Allahı bəsirətlə, əminliklə, imanla, ruhla "görmək” olur. Allah insanların qəlbindədir. Qəlb burada məcazi mənadadır, Allah deyir ki, mənə eşqlə çata bilərsiniz. Dindar insanlar "olum, ya ölüm” yol ayrıcındadırlar. Olum olsa, kiminsə haqqını tapdalayacaq. Ölüm məsələsini seçməklə heç kimin haqqını tapdalamır. Söhbət intihardan getmir. Məsələn, şəhidliyi buna nümunə kimi çəkmək olar. İnsanı şəhidliyə çəkən nədir? Həmin o eşq, ürəyindəki Allahdır. Allah olmasa, bəs nəyi seçəcək? Təbii ki, olumu. Necə ki, Nitşsenin fəlsəfəsində var ki, ancaq güclülər yaşaya bilər. Din, Allah isə bunu demir.
İkinci bir məsələ, bəşəriyyət yaranandan Allah Adəm peyğəmbər vasitəsilə ilk nizamnaməni göndərib. "Nə yeməlidir, nə içməlidir” deyə. Bütün dindarların əlində istinad etdiyi bir kitab, orqan, mənbə var. Biz onun vasitəsilə nəyi yeyib, nəyi yeməmək olduğunu bilirik. Yaxşı, ateistlər, bəs sizə kim o hüququ verdi ki, onları yeyəsiniz? Deyəcəklər ki, ağıl. Sən də ağlını mənə göstər.
- Biz deyirik ki, ağıl ruha aiddir. Televizor var, fərz edək ki, həmin televizor insanın bədənidir. Bir də televizordakı enerji var, bu da fərz edək ki, ruhdur. Televizor nə qədər mükəmməl olsa, enerji ondan daha mükəmməl bir vəziyyətlər ortaya çıxaracaq. İnsan da fiziki cəhətdən nə qədər mükəmməl olsa, ruhu da yaxşı özünü ifadə edəcək. Enerjini televizordan ayırsaq, o, dayanacaq. İnsan da belədir.
- Konsepsiya ehkamçılıq, radikallıq deyil. Sadəcə, ateizmdə müddəalar yoxdur. Ateistlər materiyaya istinad edir. Bu da milyon yarım il öncə tarixdə yaşamış Oldovay dərəsindəki insan sümüklərinə gedir. Bu da müasir insan sümüklərindən çox fərqlənir. Meymunabənzər insanlar. Quranda da yazılıb ki, hansısa bir dövrdə insanları meymunlara çevirdik. Din də deyir ki, dünya altı gündə yaranıb. Və o gün bizim indi başa düşdüyümüz 24 saatlıq gün deyil. 100 il bundan qabaq olsaydı, biz o fərqi sübut edə bilməyəcəkdik. Amma indi sübut olunub, Günəş ətrafında fırlanan elə planet var ki, onun bir ili bizim 265 Yer ilinə bərabərdir. Din əvvəldən olub, din özünə müasir demir.
Qarşı tərəf, yəni ateistlər deyir ki, onlar dini elmi şəkildə təkzib edirlər. Təkzib olunan nədir? Var olan şeyi təkzib edirsiniz də!
- Tövratda deyilir ki, Lut peyğəmbərin qövmü azğınlaşmışdı. Və Allah onları cəzalandırır. Lut peyğəmbər də qızlarını götürüb gedir, bir mağarada yatır. Qızları atalarını içizdirir və onunla cinsi münasibətdə olurlar. Tövratdan sonra gələn səmavi kitablar deyir ki, bu, təhrif olunub. Təbii ki, bizim əlimizdə bunun əsası yoxdur.
- Bu mövzu kəlam elminin mövzusudur. Bilirik ki, Allaha gedən yolda 2 cür nəzəriyyə var – fəlsəfi yolla, irfani yolla. Bəs necə oldu ki, Şeytan Allahın yolundan sapdı? Burada bir mütilik də hiss oluna bilər, əgər Allah ixtiyar sahibi deyilsə. Yox ixtiyar sahibidirsə, o zaman Allah özünə dost və düşmən seçir. Bu suallara irfan cavab verir. İrfan nümayəndələri deyirlər ki, Allah üçün sevgili dostlar lazım idi.
Bağban bağda bütün ağacları sulayır, amma içərisində ən gözəl ağaclar ona qalır. Digərləri isə məhv olur. Bu müqayisə ilə də Allah ən yaxşılarını seçir. İrfan bu cür cavab verir.
Mövlanə Rumi bunu yaxşı izah edib: "Təkəbbür Şeytanı xar etdi və o, cəhənnəmə düşdü”. Allah deyir ki, qarşımda böyüklük etmək mənə qarşı müharibədir. Allah deyir ki, ən şərəfli varlıq insandır. Sən ona səcdə etmirsənsə, mənə də səcdə etmirsən (Şeytanı nəzərdə tutur).
Azərbaycanlı alim Əllamə Təbatəbai qeyd edir: "Maraqlıdır ki, dini mövzularda ən az işlənən mövzu "Şeytan” mövzusudur. Halbuki, bütün bəşəriyyətin qarşısında 2 yol var – Allah və ya şeytan”.
- Məndə əlyazmanın surəti var. Orada "iki” yazılıb. Keçək onun fəlsəfəsinə. Nəsimi çox yerdə "iki aləm” sözü işlədir. Bu, onu göstərir ki, Nəsimi dindar imiş, o dünya, bu dünya anlayışı varmış. Nəsimi şeirlərində Məhəmməd peyğəmbərə, İmam Əliyə də yer verib. Nəsimi əhli-beyt şairi olub. Nəsimi o dünya və bu dünyanı bildirir. O deməkdir ki, insan kamilləşdisə, Allahla vəhdəti-vücuddadır. Bu birləşmə fiziki deyil. Kəsrətdən vəhdətə doğrudur. Nəsimi deyir ki, yaradılışda bütün insanlar çoxaldı və Allahdan uzaqlaşdıq. Amma əslində, Allahla vəhdətdəyik. Bildirir ki, iki aləmin özü vəhdətdə yerləşə bilir, bəs bu vəhdət iki aləmə necə yerləşə bilər?
"İkən” sözünü Sovet dönəmində ortaya atdılar. SSRİ vaxtı Azərbaycan ədəbiyyatını məhv etmək istədilər. Amma gördülər ki, məhv etsələr, heç kim qalmır – Nəsimi, Füzuli və digərləri. Başladılar bunu kurs, diplom işlərinə salmağa. Dedilər ki, dini şəxsiyyət olmalarını kənara qoyun. Başladılar çətin anlaşılan fəlsəfi şeirlərini ortaya qoymağa.
- Mən kiməm ki, kimisə bəyənim, ya da bəyənməyim. Sadəcə, o fəlsəfəni qəbul edə bilmirəm ki, orada ziddiyyət yaşanır. Asif Ata ocağının siyasi çalarları da var. SSRİ dağılandan sonra bizdə bəzi qüvvələr, ateizm dövründən qalan başlar dedilər ki, yeni bir şəxsiyyət yetişdirək. O nə din olsun, nə də materiya. Getdilər Asif Ata adlı bir adam tapdılar. Bəlkə də, onu yoldan çıxardılar ki, o cür yazsın. Asif Ata sanki Allahı inkar edir, müqəddəs dinləri təkzib edir. Amma Nəsimini, Babəki, Nizamini, Füzulini təsdiqləyir. Halbuki, həmin şəxslər özləri dindar olublar.
- Asif Ata Azərbaycanı istəməyənlərin proyekti idi. İnanmıram ki, bu, savadsız insanların proyekti olsun. Eyni zamanda, savadlı insanların da layihəsinə oxşamırdı. Sovet dönəmi bizdən dini alsa da, yaxşı təhsil verirdi. Bu mənada ziyalılarımız daha uğurlu bir şəxsiyyəti ortaya qoyardılar, nəinki Asif Ata kimi. Asif Ata dini qəbul etmirdi, amma özü təzad yaradırdı. Bu adam qeyri-adi sözü deməklə ondan ideoloq çıxarmı?
Allahı, dini inkar edir, Amma Asif Ataya inam ocağı yaradılmışdı. Necə olur bu, özün təkzib edirsən, amma özün insanları sənə inanmağa çağırırsan?! Bunun özü cəhalətə aparır.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi