Paşinyandan Qarabağ açıqlaması: "Danışıqları Sarksiyanın nöqtə qoyduğu yerdən deyil, öz hesabımla..."

img

09-04-2019 [10:19]


"Mən Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı danışıqları Serj Sarksiyanın nöqtə qoyduğu yerdən deyil, öz hesabımla aparıram. Bu, çox vacib nüansdır”.

"Newsarmenia” xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan jurnaslitlərin "siz danışıqları Serj Sarksiyanın dayandığı yerdən davam etdirirsiniz” sualına cavabında bildirib.

Hökumət başçısı danışıqların S.Sarksiyanın dayandığı yerdən davam etdirilməsi barədə məlumatların çaşqınlıq yaratdığını vurğulayıb.

N.Paşinyan qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevlə martın 29-da Vyanada keçirilmiş görüş səmərəli olub: "Qarabağ münaqişəsi tənzimlənməyib. Danışıqların heç biri səmərəli deyil. Bununla belə, ATƏT-in Minsk qrupunun həmsədrləri danışıqların konstruktiv və müsbət atmosferdə keçdiyini bildirirlər. Biz bu mətni razılaşdırmışdıq”. 

Report


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA