"O səs yazısı araşdırılacaq" - Təhsil Nazirliyi

img

08-04-2019 [15:47]


162 nömrəli tam orta məktəbinin 8-ci sinif şagirdi Elina Hacıyevanın özünü məktəbin 3-cü mərtəbəsindən atması ilə bağlı hazırda istintaq tədbirləri aparılır. 

Bu barədə Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov bildirib. O, deyib ki, istintaqın gedişində bütün təfərrüatlar araşıdırılacaq və məsələyə hüquqi qiymət veriləcək.

Məktəbin direktorunun mətbuatda yayılan səs yazısına gəlincə, nazirlik rəsmisi faktın araşdırılacağını vurğulayıb.

"Məktəbin direktoru Sevinc Abbasovanın iddia edildiyi səs yazısı da araşdırılacaq. Xahiş edirik ki, istintaq prosesinin nəticələrini gözləyək”. 

Qeyd edək ki, aprelin 4-də 162 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdi Elina Hacıyeva məktəbin 3-cü mərtəbəsindən yerə yıxılıb. O, aprelin 6-da müalicə aldığı 1 saylı Şəhər Klinik Xəstaxanasında vəfat edib. Məktəbli qızın intihar məqsədilə özünü binadan atdığı bildirilir. Faktla bağlı cinayət işi açılıb. 

Azvision.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA