08-04-2019 [14:45]
- Hesablama Palatasının audit tədbirləri 2018-ci ildə nə qədər vəsaiti əhatə edib və bu rəqəm 2017-ci illə müqayisədə necə dəyişib?
2018-ci ildə audit formasında aparılmış tədbirlər ilə ümumilikdə10,3mlrd. manat vəsait əhatə olunub. Bu məbləğin60,5%-ni dövlət büdcəsinin xərcləri,10,4%-ni büdcədənkənar dövlət fondlarının vəsaitləri,7,5%-ni beynəlxalq və yerli maliyyə təşkilatlarından cəlb edilmiş kreditlər,21,6%-ni isə təsərrüfat hesablı dövlət müəssisələrinin vəsaitləri təşkil edib. Ötən ildə bu tədbirlərlə əhatə edilmiş vəsait əvvəlki ilin müvafiq göstəricisi ilə müqayisədə6,8% az olsa da, dövlət büdcəsinin auditlə əhatə dairəsi artıb. Belə ki, 2018-ci ildə auditlərlə əhatə edilmiş dövlət büdcəsinin vəsaitləri 2017-ci ilin müvafiq göstəricisindən3,7mlrd. manat və ya2,5dəfə çox olub.
- 2018-ci ildə keçirilmiş nəzarət tədbirlərinin əsas xüsusiyyətləri barədə nə deyə bilərsiniz?
Hesablama Palatasının 2018-ci ildə fəaliyyətini əvvəlki illərdən fərqləndirən amillər qəbul edilmiş yeni qanunun tələblərindən irəli gələn yanaşmanın fərqli olmasıdır. Hesabat ilində ilk dəfə olaraq – dövlət borcunun formalaşması və ona xidmət edilməsi üzrə xərclərin, idman yarışlarının keçirilməsinə və idman komplekslərinin saxlanılmasına, həmçinin regional mədəniyyət idarələrinə, bəzi hüquq-mühafizə orqanlarına, səhmləri dövlətə məxsus bəzi müəssisələrə ayrılan büdcə vəsaitlərinin istifadəsi üzrə uyğunluq auditi həyata keçirib, ərazi vergi orqanlarında inzibatçılığın qiymətləndirilməsi üzrə səmərəlilik auditi, dövlət maliyyəsinin ayrı-ayrı sektorlarında mühüm əhəmiyyət kəsb edən mövzularla bağlı analitik təhlil işləri aparılıb. 2018-ci ildə ilk dəfə olaraq Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) əvvəlki il üzrə büdcəsinin icrasına dair rəy hazırlanıb və müvafiq qaydada təqdim olunub.
- Dövlət borcu çox aktual mövzudur. Borcla bağlı təqdim edilən hesabatlarda kənarlaşma varmı?
Borcla bağlı təqdim edilən hesabatlar "Dövlət borcu” haqqında qanunun tələblərinə uyğundur. Qeyd edim ki, dövlət borcunun formalaşması və ona xidmət edilməsi üzrə uyğunluq auditi aparılarkən bir sıra nöqsanlar müəyyən edilib. İlk növbədə, dövlət borcuna və dövlət zəmanəti ilə yaranmış borca xidmət göstərilərkən il ərzində icraçı qurumlar tərəfindən borc vəsaitlərindən istifadə qrafikinə riayət edilməməsi, dövlət zəmanəti ilə alınan borcların Təminat Fondunun vəsaitləri hesabına yerinə yetirilmiş öhdəliklər üzrə ödənilmiş məbləğlərin həmin fonda bərpa edilməsi üzrə Maliyyə Nazirliyi ilə əsas borcalanlar, yəni icraçı təşkilatlar arasında bağlanmış müqavilələrin müəyyən edilmiş şərtlərinə və razılaşdırılmış ödəniş qrafikinə əsas borcalanlar tərəfindən tam riayət edilməməsi halları, həmçinin dövlət zəmanətli kreditlərin reyestrinin aparılmasında bəzi nöqsanlar mövcud olub.
Eyni zamanda, auditin nəticələri və bu nəticələr üzrə kollegiya qərarının icrası ilə əlaqədar Maliyyə Nazirliyindən daxil olan məktubda nazirliyin "Azərenerji” ASC və "AzinTelecom” MMC tərəfindən həm təkrar müqavilələrin imzalanması, həm də müəyyən edilmiş zəmanət haqqının Təminat Fonduna köçürülməsi ilə əlaqədar müvafiq işlər aparıldığı, lakin qeyd olunan iki təşkilat tərəfindən Nazirlər Kabinetinin qərar və tapşırıqlarının icrasının bu günədək yerinə yetirilmədiyi göstərilib.
Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən dövlət borcu ilə bağlı strategiya, həmçinin "Azərbaycan Respublikası adından borc alınması və zəmanət verilməsi Qaydası” təsdiq edilib. Dövlət borcu haqqında çərçivə sənəd olan bu strategiya sənədi, həmçinin qaydalar maliyyə inzibatçılığının və hesabatlılığın gücləndirilməsinə xidmət edəcək. Eyni zamanda, müvafiq icra hakimiyyəti orqanının dövlət borcunun uçotu və ümumiyyətlə, dövlət başçısının dövlət borcunun məbləğinin azaldılması istiqamətində konkret tapşırıqlarının icrası ilə bağlı məqsədəuyğun fəaliyyəti xüsusilə vurğulanmalıdır.
- Bir müddət əvvəl təhsil və mədəniyyət sahəsində yerli səviyyədə struktur dəyişiklikləri oldu. Bu dəyişikliklərin büdcə vəsaitlərinə qənaət edilməsinə səbəb olduğunu demək olarmı?
Hesablama Palatası tərəfindən 2018-ci ildə regional təhsil idarələrində nəzarət tədbiri aparılmayıb, lakin builki İş planında bu məsələ nəzərdə tutulur. İki Regional Mədəniyyət - Bərdə və Ağcabədi İdarələrində hesabat ilində aparılan audit tədbirinin nəticələri ilə bağlı mətbuatda məlumat verilib. Struktur dəyişiklikləri nəticəsində ştat saylarında və bəzi xərclərdə optimallaşma aparılıb. Bununla yanaşı, dərs saatlarının müəyyən edilməsi və tarifikasiya işlərində artıq xərclərin, dövlət əmlakının istifadəsində və satınalmada qiymətin müəyyən edilməsində mövcud problemlərin həll edilməsinin vacibliyini də qeyd etmək lazımdır.
- Hesablama Palatasının büdcə təşkilatlarındaapardığıauditdəəvvəlki illərdə aşkar edilmiş nöqsanlar təkrarlanırmı? Şəffaflıq və hesabatlılıqla bağlı vəziyyətin yaxşılaşdığını demək olarmı?
Hesablama Palatası son illərdə nöqsanların konkret qanunvericilik aktlarının tələblərinə riayət edilməsi sahəsində yol verilmiş nöqsanların istiqamətlər üzrə təsnifləşdirilməsini həyata keçirir və bu yanaşma illər üzrə meylləri müşahidə etmək imkanı verir. Hesabat ilində714, 2017-ci ildə isə689nöqsan müəyyən edilib. Nöqsan hallarının sayı artsa da, hər nəzarət tədbirində müəyyən edilmiş halların orta sayında azalma vardır ki, bu da müsbət meyl kimi xarakterizə olunmalıdır.
Nöqsanların strukturuna gəldikdə isə qeyd edim ki, büdcə qanunvericliyinin, o cümlədən əmək haqqının ödənilməsi, tədbirlərin keçirilməsinə ayrılan vəsaitlərin icrası, dövlət satınalmalarının təşkili və həyata keçirilməsi, təmir-tikinti işlərinin aparılması sahəsində normativ-hüquqi aktların tələblərinə riayət edilməsi üzrə nöqsanlar daha çoxdur və xarakterikdir. Həmçinin mühasibat uçotunun təşkili ilə bağlı hər bir qurumda nöqsanlara rast gəlinib. Ümumilikdə isə, son dövrlərdə dövlət idarəetməsində həyata keçirilən islahatlar dövlət vəsaitlərinin istifadəsi sahəsinə müsbət təsir göstərib. Şəffaflıq, qanunvericiliyə uyğunluq və hesabatlılıq sahəsində nəzərəçarpacaq pozitiv meyllərin mövcud olduğunu və bu istiqamətdə nəzərdə tutulan işlərin ildən-ilə genişləndirilməsinin vacib olduğunu xüsusilə qeyd etməliyik.
- Qeyd etdiniz ki, ötən ildən başlayaraq Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) büdcəsinin icrasına da rəy verirsiz. Mətbuatda fondun 2018-ci ilin yekunlarına görə gəlirliliyinin azalması müzakirə edilir. Sizin buna münasibətiniz necədir?
Hal-hazırda ARDNF-da Hesablama Palatası nəzarət tədbiri-təhlil işləri aparır. Növbəti ayda ARDNF büdcəsinin icrasına rəy hazırlanacaq. Həm rəydə, həm də nəzarət tədbirinin sonunda fondun maliyyə fəaliyyəti ətraflı təhlil olunub müvafiq qiymətləndirmələr aparılacaq. Nəzarət tədbiri tam yekunlaşmadığından hələlik yalnız onu deyə bilərəm ki, ötən il ərzində borc öhdəlikləri və pul bazarı alətlərində avro valyutası üzrə olan investisiyalardan başqa digər valyutalarda (daxili bazardakı yatırımlar istisna olmaqla) müsbət gəlirlilik müşahidə edilib. 2018-ci ildə qlobal səviyyədə səhmlər üzrə qeydə alınmış mənfi gəlirliliyin müəyyən təsiri fond aktivlərində hiss olunub. Eyni zamanda, nəzərə almaq lazımdır ki, ARDNF-nın fəaliyyətinin əsas prioriteti vəsaitlərin qorunmasıdır və bu baxımdan atılan addımlar riskə az meylli olmalıdır.
- Hesablama Palatasının fəaliyyətinin "zəif” olaraq gördüyünüz tərəfləri və bu çatışmazlıqları aradan qaldırmaq üçün nə edilməlidir?
Hesablama Palatası dövlətin adından kənar maliyyə nəzarətini həyata keçirən bir qurumdur və bu funksiya yalnız ona məxsusdur. Nəzarət yalnız o halda daha effektiv olur ki, onu həyata keçirənlərin peşəkarlığı yüksək olsun, beynəlxalq təcrübəni tətbiq etməyi bacarsın və ümumiyyətlə, nəzarət sferasına aid olan hər bir element bu nəzarətlə əhatə oluna bilsin. Ali audit orqanlarının işinin qiymətləndirilməsində bu aspektlər diqqətdə saxlanılır, amma hələ ki, Hesablama Palatası dövlət büdcəsi xərclərinə nəzarətin beynəlxalq təcrübədə tələb olunan minimum səviyyəsini təmin etmir.
Nəzarətin beynəlxalq standartlar və ən yaxşı təcrübələrə yaxınlaşması üçün çoxlu sayda təlimlərə ehtiyac vardır. Həmçinin müasir çağırışlara uyğun olaraq informasiya texnologiyalarından istifadə bacarıqları güclənməlidir və bu, həm İT auditinin keçirilməsi, həm də dövlət vəsaitlərinin icrası ilə bağlı daxil olan geniş məlumat bazasının işlənilməsini nəzərdə tutur. Analitik təhlillərin aparılması yolu ilə vəsaitlərin səmərəli istifadə edilməsi sahəsində səriştəmiz artırılmalıdır. Nəticədə Hesablama Palatası tərəfindən hazırlanan və təqdim edilən rəylər və hesabatlardan millət vəkillərinin daha çox faydalanmasına imkanlar yaranar ki, bu, bizim üçün xüsusilə əhəmiyyətlidir.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi