"Minlərlə əsgərimiz heç nəyə görə Dağlıq Qarabağda həyatlarını itirib” - Paşinyanın xanımından sensasion etiraf

img

08-04-2019 [13:55]


"Ermənistanın minlərlə əsgəri heç nəyə görə Dağlıq Qarabağda həyatlarını itirib”.

Bunu Ermənistanın Baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan ABŞ-da "Amerikanın səsi” radiosunun erməni redaksiyasına müsahibəsində Dağlıq Qarabağ münaqişəsindən danışarkən bildirib.

A.Akopyan ABŞ-da səfərdədir. ABŞ-ın Boston ştatındakı erməni icması onun başçılıq etdiyi "Təbəssüm şəhəri” Xeyriyyə Fonduna 150 min dollar ianə verib.

N.Paşinyanın həyat yoldaşının ABŞ-da xeyriyyə tədbirləri adı altında ianə toplaması davam edir/Report. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA