Sabah hava necə olacaq? - Proqnoz açıqlandı

img

07-04-2019 [15:03]


Aprelin 7-də Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yelərdə zəif duman olacaq, mülayim şimal küləyi əsəcək. 

Mia.az ETSN-ə istinadla bildirir ki, sabah havanın temperaturu gecə 7-9° isti, gündüz 13-16° isti, Bakıda gecə 7-9° isti, gündüz 14-16° isti təşkil edəcək. Atmosfer təzyiqi norma daxilində 761 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 50-55 % olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz, lakin gündüz saatlarında bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 5-10° isti, gündüz 16-21° isti, dağlarda gecə 0-5° isti, gündüz 7-12° isti təşkil edəcək.   

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA