07-04-2019 [10:37]
Novruz bayramı öncəsi və ondan sonrakı günlərdə soğanın qiyməti artaraq 1 kiloqram üçün 1,50 - 2 manat həddinə çatdı. Nəticədə vəziyyətə inzibati müdaxilə qaçılmaz oldu. Nazirlər Kabineti gözlənilən addımı atdı və son qərara görə, aprelin 30-dək 1 kiloqram kartofun ixracı üçün 1 ABŞ dolları, mayın 30-dək 1 kiloqram soğanın ixracı üçün 1 ABŞ dolları dəyərində ixrac rüsumu müəyyən edildi.
MİA.az xəbər verir ki, bu sözləri Nazirlər Kabinetinin müvafiq qərarını şərh edən aqrar ekspert Nicat Nəsirli deyib. Onun sözlərinə görə, qərarda göstərilmiş müddətlər çox dəqiqliklə seçilib, mövsümi amil nəzərə alınıb. Kartof daha tez yetişdiyi üçün bu ayın sonuna qədər qiymətlər yerli istehsal hesabına stabilləşdiriləcək, onun ardınca təzə soğanın yığımı başlanacaq və qiymətlər aşağı düşəcək. Mayda kütləvi yetişmə baş verəndə isə qərar qüvvədən düşməklə tələbatdan artıq qalan hissənin xarici bazarlara ixracını təmin edəcək.
Nicat Nəsirli deyib: "Daxili bazarın qorunmasına yönəlmiş bu qərar dolayısı ilə Azərbaycan soğanına xarici bazarlarda böyük marağın olmasının təsdiqidir. Üstəgəl, bizim məhsulumuzun istehsal xərci daha ucuz olduğu üçün onu daha cəlbedici edir. Ötən ilin ikinci yarısında xarici bazarlardan gələn sifarişlər "hansı qiymətə olursa olsun, Azərbaycan soğanı almağa hazırıq” tezisinə köklənmişdi. Çünki, ətraf region ölkələrdə, eyni zamanda, Şərqi Avropa dövlətlərində tərəvəz məhsullarına ciddi tələbat yaranmışdı. Əlverişsiz iqlim amilləri səbəbindən əksər ölkələrdə soğana tələbat artmış, hələ ötən ildən mərhələlərlə Türkiyə, Albaniya, Bolqarıstan, Rumıniya, Qətər, BƏƏ və digər ölkələrə ixrac başlamışdı. Rəsmi təsdiq olunan bir faktı vurğulayım. Əgər soğan 2018-ci ilin dekabrında "Azexport.az” portalı üzərindən ixrac sifarişi alan məhsullar sırasında 4-cü yerdə idisə, 2019-cu ilin yanvarında 1-ci yerə yüksəldi. Demək ki, ixrac olunan 7200 ton soğan əhalinin tələbatının pik həddə olduğu yanvar-fevral aylarına təsadüf edib”.
Ekspert bildirib ki, rayonlarımızda 10 gündən sonra soğan yığımına başlanılacaq, sahədən ilkin satış qiyməti 0.60 qəpik müəyyən olunub. Bu gündən artıq təzə soğan iri bazarlarda görünməyə başlayıb.
"Dinamika göstərir ki, region ölkələrində soğana tələbat bu il də yüksək olacaq, bu amil yerli sahibkarlarımız üçün böyük imkanlar açır. Ölkəmizdə soğanın yığılmasını, qablaşdırılmasını, saxlanmasını bilən çoxsaylı biznes təfəkkürlü sahibkarlar var. Onlar yalnız soğan əkən, lakin onun logistikasını bilməyən sadə torpaq adamları ilə kooperasiya münasibətləri quraraq milyonlarla qazanc əldə edə bilərlər. Fermer əkib becərməli, sahibkar isə müasir anbar kompleksi tikərək soğanı yığıb saxlamalı və ixracı ilə məşğul olmalıdır”, - deyə Nicat Nəsirli qeyd edib.
Azərtac
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi