Hökumət rüsumları qaldırdı: soğan, kartof, kələm... - Bazarda nə baş verəcək?

img

06-04-2019 [22:15]


Baş Nazir Novruz Məmmədov Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişikliklər edib.

Mia.az xəbər verir ki, bununla da 2019-ci il aprelin 30-dək ölkədən 1 kq təzə və ya soyudulmuş kartofun ixracına görə 1 ABŞ dolları, mayın 31-dək isə ölkədən 1 kq şalot soğan, ağbaş, qırmızıbaş kələm və digərlərinin ixracına 2 ABŞ dolları gömruk rusumu tətbiq olunacaq.

Mütəsəxəssilərin fikirincə, daxili bazarın qorunması üçün verilən bu qərar ölkəyə idxal olunan adıçəkilən məhsulların qiymətinin bahalaşmasına təsir göstərəcək. 

Xatırladaq ki, bu dəyişikliyə qədər hər il mart, aprel, may, sentyabr, oktyabr və noyabr ayları üzrə təzə və ya soyudulmuş kartof, o cümlədən  soğan, ağbaş, qırmızıbaş kələm və digərlərinin idxalı gömrük rüsumundan azad edilirdi. Digər aylarda isə kartofun gömrük dəyərinin 15 faizi həcmində idxal gömrük rüsumu tətbiq olunurdu. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA