Azərbaycanda valideyn uşağına “Sürü” adı qoymaq istəyib

img

06-04-2019 [19:45]


"Son bir neçə ay ərzində yeni doğulan uşaqlara Arena, Jozef, Mənsə, Lavin, Dina, İmeda, Lekat, Mənasarə, Sürü, Casim, Romas, Miran, Adrenalin, Kumeyl kimi adların qoyulmasının qarşısı alınıb”.

MİA.az-ın ONA-ya istinadən xəbərinə görə, bunu Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini, professor Sayalı Sadıqova deyib.

Onun sözlərinə görə, Lavin adı İsveç mənşəlidi, mənası "uçurum” deməkdir: "Bu adın uşağa verilməsinin qarşısını aldıq. Başqa bir şəxs isə Rasim, Asim adları ilə həmqafiyədir deyə üçüncü oğluna da Casim adını vermək istəyirdi, ona izah elədik ki, Casim adının mənası yoxdur”.

S. Sadıqova qeyd edib ki, son dövrlərdə uşaqlara Uğur, Dəniz, Damla kimi adlar daha çox verilir: "Bəzi valideynlər türkiyəlilərdən təsirlənərək Əli, Mehdi, Esmira kimi adları Ali, Məhdi, Asmira qoymaq istəyirlər. Bunun da qarşısını almağa çalışırıq, maarifləndirmə işləri aparırıq ki, adların bu cür tələffüzü dilimizə yaddır”.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA