Bakıda özünü məktəbin 3-cü mərtəbəsindən atan şagird dünyasını dəyişib

img

06-04-2019 [12:37]


Bakıda özünü məktəbin 3-cü mərtəbəsindən atan şagird Yelena Hacıyeva xəstəxanada dünyasını dəyişib.

Bu barədə mərhumun anası Sevil Hüseynova məlumat verib.

Səhiyyə Nazirliyi də "Report”a faktı təsdiqləyib.

Qeyd olunub ki, müştərək kəllə-beyin travması, döş qəfəsi və qarının küt travması, hər iki ciyərin əzilməsi, sağ 4-cü qabırğanın sınığı, 5-ci döş fəqərəsinin kompressiv sınığı, 9,10 və 11-ci döş fəqərələrinin hündürlük səviyyələrinin azalması, çanaqların sınığı diaqnozu ilə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən yaralı bu gün travmatik spinal şok keçirərək ölüb.

Xatırladaq ki, aprelin 4-də Səbail rayonunda yerləşən 162 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdi Yelena Hacıyeva özünü məktəbin 3-cü mərtəbəsindən yerə atıb. Müxtəlif dərəcəli bədən xəsarətləri alan yaralı təcili yardım maşını ilə 1 saylı Kliniki Tibbi Mərkəzə aparılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA