“Hakimlər arasında rüşvətə qurşanma halları var” - Millət vəkilindən sensasion müsahibə + VİDEO

img

06-04-2019 [10:22]


Millət vəkili Çingiz Qənizadə məhkəmə hakimiyyətinə dair prezident İlham Əliyevin verdiyi fərmanı şərh edib. Realtv.az saytına verdiyi müsahibədə o, məhkəmə hakimiyyətini və hakim korpusunu sərt tənqid edib.

Millət vəkili deyib ki, məhkəmə hakimiyyətinə xalqın etimadı qalmayıb, hakim korpusu içərisində korrupsiya və rüşvətə qurşanma halları var. Bunu da bütün ölkə ictimaiyyəti bilir. Prezidentin məlum fərmanı bu etimadsızlığı aradan qaldırmaq, neqativləri düzəltmək və məhkəmə hakimiyyətini yeniləmək üçün inqilabi bir addımdır.

MİA.az mütəxəssis dəyərləndirməsi olan həmin müsahibəni təqdim edir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA