"1 dəqiqəyə müqavilə imzaladım" - Azay Quliyev SƏLİS-in ilk müqaviləsini QHT rəhbərinə təqdim etdi

img

05-04-2019 [20:31]


Məlum olduğu kimi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yeni brendi olan SƏLİS – Sürətli Əlaqələndirmə və Layihələrin İdaretmə Sisteminin 2019-cu ildə tətbiq edilən ilk proqramı e-Növbə istifadəyə verilib.

Mia.az xəbər verir ki, "E-növbə” xidməti qrant müsabiqəsinin qalibi olan QHT-lərin Şura Katibliyi ilə qrant müqaviləsini imzalaması üçün müvafiq sənədlərin elektron qaydada razılaşdırılması və bu proses başa çatdıqdan sonra müqavilə bağlanması vaxtını proqram vasitəsilə QHT-lərin sərbəst seçə bilməsi məqsədilə yaradılıb. 

Yeni elektron xidmət vaxt itkisinin və əlavə resursların cəlb edilməsinin qarşısını alır, şəffaflığı daha da artırır, Şura ilə QHT-lər arasında rahat və sürətli kommunikasiyanı təmin edir.

Aprelin 5-də e-növbə proqramı çərçivəsində Şura ilə qalib QHT-lər arasında ilk qrant müqavilələri imzalanıb. Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev ilk müqaviləni "Yeni Həyat” Humanitar və Sosial Dayaq İctimai Birliyinin sədri Nailə İsmayılovaya təqdim edib.

QHT sədri Nailə İsmayılova deyib ki, 20 saniyəyə növbə götürüb: "1 dəqiqəyə müqavilə imzaladım".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA