"Rus dili bizdə millətlərarası ünsiyyət dilidir" - Elmar Məmmədyarov

img

05-04-2019 [20:21]


"Azərbaycanla Rusiya arasında həmişə strateji tərəfdaşlıq münasibətləri olub”.

"Report”un Rusiya bürosu xəbər verir ki, bunu iki ölkə arasındakı münasibətlərin inkişafı barədə fikir bildirən xarici işlər naziri Elmar Məmmədyarov deyib.

"Rusiya bizim böyük qonşumuzdur. İqtisadi nöqteyi-nəzərdən baxanda, bu ölkə nəhəng bazardır. Qarşılıqlı anlaşmaya gəlincə, dil problemimiz yoxdur. Rus dili bizdə millətlərarası ünsiyyət dilidir. Məncə, Rusiya ilə normal, qarşılıqlı faydalı münasibətlərin qurulması Azərbaycan üçün öncül məsələdir”, - nazir vurğulayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA