XİN Elmar Məmmədyarovla Lavrovun görüşü haqda məlumat yaydı

img

05-04-2019 [17:55]


Moskvada Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla Rusiya xarici işlər naziri Sergey Lavrov arasında ikitərəfli görüş keçirilib. 

XİN-dən Mia.az-a verilən məlumata görə, görüş MDB Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində baş tutub. 

Görüş zamanı Azərbaycan ilə Rusiya arasında siyasi dialoqun və çoxşaxəli əməkdaşlığın yüksək səviyyədə olduğundan məmnunluq ifadə edilib və qarşılıqlı maraq doğuran məsələlərə toxunulub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA