Gürcüstanda Azərbaycan dilli yeni məktəb açılacaq

img

05-04-2019 [14:27]


Gürcüstanın Laqodexi rayonunun azərbaycanlıların yaşadığı Qabal kəndində Azərbaycan dilli yeni məktəb açılacaq.

Bu barədə Gürcüstan parlamentinin Laqodexi və Kvareli rayonları üzrə majoritar deputatı Quram Macaraşvili bildirib.

Onun sözlərinə görə, yeni məktəb Gürcüstan hökumətinin dəstəyi ilə tikiləcək: "Hazırda Qabal kəndində bir məktəb fəaliyyət göstərir. Yeni məktəbin inşası ilə paralel olaraq fəaliyyətdə olan məktəbin binası da bərpa olunacaq”.

Deputat qeyd edib ki, Qabal kəndində uşaq bağçasının inşası və digər infrastruktur layihələrin həyata keçirilməsi ilə bağlı planlar hazırlanır/Report. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA