Özünü məktəbdə yuxarı mərtəbədən atan şagirdlə bağlı açıqlama: "Ondan analiz götürülüb və..."

img

05-04-2019 [14:02]


Bakıda özünü məktəbin 3-cü mərtəbəsindən özünü atan şagirdin intihara cəhd etməzdən əvvəl özünü zəhərlədiyi ehtimal edilirdi.

Mia.az "Report”a istinadla  xəbər verir ki, hadisədən dərhal sonra Y.Hacıyeva əvvəlcə 1 saylı Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinə aparılıb və ondan analiz götürülüb. Analizin nəticəsi bu gün məlum olub.

Səhiyyə Nazirliyindən "Report”un sorğusuna cavab olaraq bildirilib ki, analizlərin nəticəsinə görə o, allergiyaya qarşı olan dərman atıb və hımin dərmanın psixotrop tərkibi olmayıb. Mərkəzin həkimi hadisənin dərmana aidiyyəti olmadığını deyib. 

Qeyd olunub ki, Y.Hacıyeva xəstəxanaya çanaq sümüyünün sınığı, döş qəfəsinin, ağciyərin və yumşaq toxumaların əzilməsi diaqnozu ilə daxil olub: "Yaralıya lazımi tibbi yardım göstərilib, vəziyyəti yaxşıya doğru gedir və həyati təhlükəsi yoxdur”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA