Sürücülük vəsiqələri ilə bağlı mühüm dəyişiklik - Baş nazirdən qərar

img

05-04-2019 [10:45]


"Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilib.

MİA.az xəbər verir ki, bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb. Qərarla sürücülük vəsiqəsinin təsviri, spesifikasiyası və nümunəsi təsdiq edilib.

Həmçinin, traktorları və kənd təsərrüfatı texnikası hesab edilən digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük vəsiqəsinin təsvirini, spesifikasiyasını və nümunəsini Kənd Təsərrüfatı Nazirliyi Daxili İşlər Nazirliyi ilə razılaşdırmaqla təsdiq ediləcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA