Tarix İnstitutunda struktur dəyişikliyi aparılıb

img

04-04-2019 [19:20]


Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunda struktur dəyişikliyinin aparılması barədə qərar verilib.

Tarix İnstitutundan Mia.az-a verilən məlumata görə, yeni şöbənin yaradılması və 1 şöbənin adının isə dəyişdirilməsi qərara alınıb.

Elmi Şuranın qərarına əsasən institutda yeni yaradılacaq şöbənin adı "Azsaylı xalqların tarixi”dir və "Mənbəşünaslıq və tarixşünaslıq” şöbəsinin isə adı dəyişdirilərək "Mənbəşünaslıq, tarixşünaslıq və tarixin nəzəriyyəsi” şöbəsi adlandırılıb.

Bildirilib ki, müəllifi Azərbaycan Prezidenti olan multikulturalizm modeli dünyada qəbul edilir və öyrənilir.

Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov qeyd edib ki, "Azsaylı xalqların tarixi” şöbəsi Ulu öndər Heydər Əliyevin azərbaycançılıq ideologiyası və Prezident İlham Əliyevin multikulturalizm siyasətinə uyğun olaraq yaradılıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA