"Azərbaycan və Rusiya XİN rəhbərlərinin görüşü gözlənilir" - Rusiya XİN

img

04-04-2019 [17:37]


Moskvada MDB Xarici İşlər Nazirləri Şurasının iclasından əvvəl Rusiya və Azərbaycan XİN rəhbərlərinin görüşü gözlənilir.

Bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı deyib.

O bildirib ki, Rusiya XİN rəhbəri bir neçə həmkarı ilə görüşəcək:

"MDB Xarici İşlər Nazirləri Şurasının iclasından əvvəl Sergey Lavrov Belarusun xarici işlər naziri Vladimir Makeylə görüşəcək. Bundan başqa, nazirin iş cədvəlində Türkmənistan və Azərbaycan XİN rəhbərləri ilə qısamüddətli görüş var”.

Qeyd edək ki, Elmar Məmmədyarovun rəhbərlik nümayəndə heyəti aprelin 5-i Moskvada MDB Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edəcək/Trend.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA